Respublikanın qərb bölgəsində şaxtalı hava davam edir
Gəncə, 8 fevral (AZƏRTAC). Qarlı və şaxtalı hava şəraiti respublikanın qərb bölgəsi rayonlarına da mənfi təsirini göstərmişdir. Fevralın 7-si axşam saatlarında Gəncə, Samux, Göygöl, Şəmkir, Gədəbəy, Daşkəsən rayonlarına yağan qarın hündürlüyü təxminən 10 santimetrə çatmışdır. Şaxtalı hava şəraiti ilə əlaqədar magistral və kəndarası yollarda nəqliyyatın hərəkətində çətinliklər yaransa da, aidiyyəti qurumlar gücləndirilmiş iş rejimi ilə işləyirlər.
Bölgədə ən təhlükəli ərazi Gəncə-Şəmkir-Gədəbəy yolunun Yasamal aşırımıdır. Burada yolun buz bağlaması avtomobillərin hərəkətinə maneçilik törədir. Daşkəsən rayonunda qarın hündürlüyü 15 santimetrə yaxın olsa da, ucqar kəndlərdə qarın hündürlüyü 30-40 santimetrə çatır. Gəncə-Daşkəsən-Xoşbulaq yolu isə keçilməz olmuşdur. Rayon yol istismar idarəsinin işçi qüvvəsi ağır texnika ilə birlikdə yol və səkilərin təmizlənməsinə cəlb olunmuşdur. Bölgədə qeyri-sabit hava şəraiti davam edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [12:47]
Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq
- 12.06.2026 [18:51]
Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA
- 12.06.2026 [15:31]
Qəbələdə zəlzələ olub
- 12.06.2026 [12:47]