Rəssam Munkun yaradıcılığına həsr olunmuş hərracda 1,4 milyon dollar əldə edilib
Stokholm, 14 dekabr, Nərgiz Cəfərli, AZƏRTAC
Norveçin paytaxtı Osloda “Qraf Vedelin Hərrac Evi”ndə keçirilən və məşhur rəssam Edvard Munkun yaradıcılığına həsr olunmuş böyük hərracda ümumi dəyəri təxminən 15 milyon kron (təxminən 1,4 milyon dollar) olan sənət əsərləri satılıb.
AZƏRTAC xəbər verir ki, 5 əsər 1 milyon krondan (təxminən 93 min dollar) yüksək məbləğə satılıb ki, bu da Norveç hərrac bazarı üçün nadir haldır.
2,8 milyon krona (təxminən 260 min dollar) satılan ən bahalı lot “Tönsberg fyord” rəsm əsəri olub. Yeni beynəlxalq rekord ilkin 800 min kron (təxminən 74 min dollar) satış qiymətləndirmə ilə 1,25 milyon krona (təxminən 115 min dollar) satılan “Körpüdə” əsəri üçün də qeydə alınıb.
Böyük marağa baxmayaraq, “Madonnanın rəngli versiyası” da daxil olmaqla, bir neçə bahalı əsər hərrac zamanı alıcı tapa bilməyib. “Qraf Vedelin Hərrac Evi”ndə bildirilib ki, bu hal son satış qiymətinin artmasına səbəb ola bilər.
Hərrac xaricdən gələnlər də daxil olmaqla, çox sayda kolleksiyaçı və investor cəlb edib. Bu il “Qraf Vedelin Hərrac Evi” ixtisaslaşmış Munk əsərləri hərraclarının keçirilməsinin 25-ci ildönümünü də qeyd edib. Bu dövrdə rəssamın 700-dən çox əsəri satılıb və bir neçə beynəlxalq rekord vurulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.09.2026 [19:03]
Yaponiyada yaşlı əhalinin sayı artır
- 20.09.2026 [18:46]
Tramp Pezeşkianla görüşə biləcəyini ehtimal edib
- 20.09.2026 [18:10]
İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb
- 20.09.2026 [14:10]
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
- 20.09.2026 [13:34]
Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb
- 20.09.2026 [12:29]
Mançester hava limanında uçuşlar zolaqdakı çuxura görə gecikib
- 20.09.2026 [12:29]
İraqda İŞİD üzvü olan 6 Fransa vətəndaşı məhkəmə qarşısına çıxarılıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
Suverenliyin təntənəsi - ŞƏRH
- [09:51]
Argentinada “Qəzəb yürüşü”
- [06:08]
Meysəridə festival axşamı: səhnədə sevilən ifaçılar
- 19.09.2026 [23:42]
Trabzonda “Qara dəniz fırtınası”- “Qalatasaray” böyük hesabla məğlub olub
- 19.09.2026 [23:25]
Mahaçqala hava limanında məhdudiyyətlər tətbiq olunub
- 19.09.2026 [23:00]
Media: Husilər Səudiyyə Ərəbistanına hücumlar təşkil ediblər
- 19.09.2026 [22:54]
Naxçıvanda “Velo Fest” velosiped festivalı
- 19.09.2026 [22:33]
Donald Tramp: Süni İntellekt Qüvvələri yaradıram
- 19.09.2026 [22:22]
Astarada yol qəzasında 4 nəfər xəsarət alıb, ata və oğulun vəziyyəti ağırdır
- 19.09.2026 [22:09]
Azərbaycanın xarici siyasətində Türk dünyası prioritet təşkil edir – ŞƏRH
- 19.09.2026 [21:53]