RƏSSAM RAFAEL MURADOVUN FƏRDİ SƏRGİSİ AÇILACAQDIR
Rəssamlar İttifaqından AZƏRTAC-a bildirmişlər ki, Vəcihə Səmədova adına sərgi salonunda əməkdar rəssam Rafael Muradovun fərdi sərgisi açılacaqdır.
Ömrünün 40 ilini bu sənətə həsr etmiş rəssam çoxsaylı müsabiqələrin qalibi olmuşdur.
Yanvarın 28-də açılacaq sərgidə rəssamın boyakarlıq və qrafika janrlarında yaratdığı 50-yə yaxın əsəri nümayiş etdiriləcəkdir.