Rəssamlıq Akademiyası təkrar ali təhsil almaq üçün sənəd qəbulu elan edir
Bakı, 8 iyun, AZƏRTAC
Azərbaycan Dövlət Rəssamlıq Akademiyası (ADRA) təkrar ali təhsil almaq üçün qəbul elan edir.
Bu barədə AZƏRTAC-a ADRA-dan məlumat verilib. Bildirilib ki, Rəssamlıq Akademiyası 2023-2024-cü tədris ilində rəngkarlıq, qrafika, heykəltəraşlıq, dizayn (sənaye dizaynı, qrafik dizayn, interyer və geyim üzrə dizayner), memarlıq, dekorativ tətbiqi sənət (bədii xalça, keramika, şüşə və metal), sənətşünaslıq (təsviri incəsənət tarixi və nəzəriyyəsi, incəsənət əsərlərinin bərpası və ekspertizası) ixtisasları üzrə əyani formatda tədrisə tam və ya qismən cəlb olunmaqla təkrar ali təhsil almaq üçün sənəd qəbulu elan edir. Sənədlərin qəbulu Elm və Təhsil Nazirliyinin portal.edu.az saytı vasitəsilə avqustun 31-dək həyata keçiriləcək.
Təhsil ixtisasların spesifikliyi nəzərə alınaraq əyani formatda aparılır. Ətraflı məlumatla ADRA-nın səhifəsində tanış olmaq mümkündür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [12:02]
“Türk xalqlarının folkloru” seriyasından növbəti nəşr işıq üzü görüb
- 16.06.2026 [11:29]
DİM Azərbaycan dili imtahanı verəcək şəxslərə müraciət edib
- 16.06.2026 [11:25]
“Divlər sarayı”nın izi ilə: Azıx qəbiləsindən alp babalarımıza uzanan yol
- 16.06.2026 [10:48]
Klassik poeziyamızda katiblik sənəti və yazı ləvazimatı - elmi seminar
- 16.06.2026 [10:38]
DİM və IAEA arasında əməkdaşlıq genişlənir
- 16.06.2026 [10:31]
Ulu Öndərin strateji kursu müasir Azərbaycanın uğurlarının təməlidir
- 15.06.2026 [12:28]