Riskli vergiödəyicilərinə qarşı yoxlama və nəzarət tədbirləri hansılardır?
Bakı, 19 iyun, AZƏRTAC
Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, vergiödəyicisinin riskli vergiödəyicisi olması onun fəaliyyəti üzrə növbədənkənar səyyar vergi yoxlamasının və operativ vergi nəzarətinin keçirilməsi üçün əsas yaradır.
AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, bununla yanaşı, məcəllənin 83.7-ci maddəsinin müddəalarına əsasən, vergiödəyicisi riskli vergiödəyicisidirsə, vergi orqanının vergini onun ödənildiyi tarixədək hesablamaq hüququ var.
Məcəllənin 87.3-1-ci maddəsində isə göstərilib ki, riskli vergiödəyiciləri tərəfindən artıq ödəmənin qaytarılması ilə bağlı müraciət edildikdə, bu maddə ilə müəyyən olunmuş müddətlər onların fəaliyyəti üzrə kameral və ya səyyar vergi yoxlamaları, eləcə də operativ vergi nəzarəti tədbirləri tam başa çatdıqdan sonra tətbiq edilir.
Bundan əlavə, Vergi Məcəlləsinin 89.3-cü maddəsinə əsasən, vergiödəyicisi riskli vergiödəyicisi olduğu halda, vergi orqanı vergiödəyicisinə yazılı bildiriş göndərməklə, eyni zamanda, ondan vergi öhdəliyini dərhal yerinə yetirməyi tələb edə bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]
Banklar yeddi ayda 655.3 milyon manat xalis mənfəət əldə ediblər
ABŞ-nin neft ehtiyatları azalır
- [11:19]
Bu gün Ümumdünya Görmə Günüdür
- [07:36]
Tramp 7 oktyabr hücumlarının ildönümündə Netanyahu ilə telefonla danışıb
- 07.10.2026 [23:09]
Tramp: Nobel Sülh Mükafatını almamağım komitənin nüfuzuna xələl gətirər
- 07.10.2026 [22:11]