Riyaziyyat İnstitutunun alimlərindən mühüm elmi uğur
Bakı, 16 sentyabr, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin Riyaziyyat İnstitutunun Optimal idarəetmə nəzəriyyəsi laboratoriyasının müdiri professor Hamlet Quliyevin, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanovun və Bakı Dövlət Universitetinin dosenti Hikmət Tağıyevin həmmüəllifi olduqları məqalə elmmetrik bazalarının Q1 kvartilində indekslənən jurnalında dərc olunub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, “Qeyri-sabit parabolik tənlik üçün qeyri-lokal sərhəd şərtinə malik optimal idarəetmə məsələsi” adlı məqalədə qeyri-lokal sərhəd şərtinə malik ikinci tərtib qeyri-sabit parabolik tənlik üçün optimal idarəetmə məsələsindən bəhs olunur.
Tədqiqatda əvvəlcə verilmiş məsələ üçün optimal cütün mövcudluğu isbat edilib, daha sonra uyğunlaşdırılmış cərimə funksionalı daxil edilərək, alınmış yeni məsələnin optimal cütlər ardıcıllığının əsas məsələnin optimal cütünə yığılması göstərilib. Əldə olunan elmi nəticələr qeyri-sabit parabolik tənliklər üçün optimal idarəetmə məsələlərinin tədqiqi baxımından mühüm nəzəri əhəmiyyət daşıyır və bu istiqamətdə aparılan araşdırmaların inkişafına töhfə verir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.09.2026 [13:16]
BMU-nun əcnəbi tələbəsi yüksək akademik göstəricilərinə görə təltif olunub
- 16.09.2026 [12:41]
ATMU-nun beynəlxalq ikili diplom proqramına yeni bakalavr qrupu seçilib
- 16.09.2026 [12:05]
Spektral tipini dəyişən fəal nüvəli qalaktikalar - astroseminar
- 16.09.2026 [11:39]
Taksi sürücüləri sabah imtahan verəcəklər
- 16.09.2026 [10:48]