Azərbaycan Dövlət İnformasiya Agentliyi

Rizvan Rəsulov: Ağır atletlərimiz dopinqsiz uğur qazanmağın mümkünlüyünü sübut ediblər

Rizvan Rəsulov: Ağır atletlərimiz dopinqsiz uğur qazanmağın mümkünlüyünü sübut ediblər

Bakı, 25 yanvar, AZƏRTAC

Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) baş katibi Rizvan Rəsulov federasiyanın saytına müsahibə verib.

AZƏRTAC AAAF-ın saytına istinadla xəbər verir ki, R.Rəsulov müsahibədə idmançılar arasında sağlam rəqabətin təmin olunması istiqamətində Beynəlxalq Olimpiya Komitəsi (BOK), Beynəlxalq Anti-Dopinq Agentliyi (WADA) və digər beynəlxalq qurumlar tərəfindən aparılan işləri təqdirəlayiq hesab edib. Bildirib ki, əsas mübarizə vasitələrindən biri də dopinq hadisələrinə qarşı diskvalifikasiya cəzalarıdır. Azərbaycan da daxil olmaqla cəzaların verildiyi digər ölkələrdə ağır atletikada islahatların aparılmasına ciddi diqqət yetirirlər. Beynəlxalq Ağır Atletika Federasiyası (IWF) milli federasiyalarla sıx ünsiyyətdə olur, onların qarşısında bir sıra vəzifələr qoyur. Bu gün dopinqlə mübarizə milli federasiyaların ana xəttini təşkil edir. AAAF bu işə ciddi münasibətini göstərir. Azərbaycan Milli Anti-Dopinq Agentliyi (AMADA) də bu məsələlərdə fəal iştirak edir. Biz bu istiqamətdə üzərimizə düşən öhdəlikləri yerinə yetirir, ağır atletikanın nəinki gələcəkdə Olimpiya ailəsindən çıxarılmasının qarşısını almaq, əksinə, daha nümunəvi idman növü olmasına töhfəmizi verməyə çalışır, onun şəffaf inkişafı üçün ciddi addımlar atırıq.

Testlərin nəticələri barədə məlumat verən R.Rəsulov bildirib ki, AMADA il ərzində yarış və qeyri-yarış şəraitində idmançılardan götürdüyü testləri beynəlxalq laboratoriyalara göndərir. Təbii ki, bu proseslərin nəticəsində bəzi idmançıların verdikləri analizlərdə qadağan olunmuş maddələr tapılır. Təqdirəlayiq hal odur ki, beynəlxalq təşkilatlar ilə yanaşı, AMADA da bu işə məsuliyyətlə yanaşır. Federasiya bu tədbirləri təbii qarşılayır, çünki belə hallarla qarşılaşan tək biz deyilik. Bir atletin yarış və ya qeyri-yarış şəraitində dopinqə düşməsi ciddi məsələdir. Lakin bu hallar bir çox idman növlərində təsadüf olunan hadisələrdir. Qadağan olunmuş preparatlardan istifadə edən idmançı həm özünə, həm təmsil olunduğu federasiyaya və ən əsası ölkəsinə ləkə gətirir. Ancaq biz dopinqlə mübarizə aparırıq və ortaya belə neqativ hallar çıxdıqda onu faciə adlandırmamalıyıq. Bu halların baş verməməsi istiqamətində ciddi islahatlar aparırıq. Lakin bu mübarizə tək federasiyanın işi olmamalıdır. Bununla idman növünün inkişafı ilə məşğul olan bütün idman təşkilatları da yaxından iştirak etməlidirlər. Yaddan çıxartmaq lazım deyil ki, kiçik yaşlarından idmanla məşğul olan idmançılar idman növünün sirlərinə idman məktəblərində və klublarda yiyələnirlər. Bu, ciddi həm fiziki, həm də psixoloji prosesdir.

Anti-dopinq istiqamətində federasiya tərəfindən görülən profilaktik tədbirlərdən danışan vitse-prezident diqqətə çatdırıb ki, ilk növbədə, idmançılar, onların məşqçiləri, mütəxəssislərlə söhbətlər aparılır, seminarlar təşkil olunur, dopinqsiz fəaliyyət üçün maksimum səy göstərilir. Bu, proses ağrılıdır, formalaşması üçün vaxt lazımdır. Ağır atletikada dopinq olmamalıdır. Ancaq əvvəlcə dopinqi bəzi insanların beynindən çıxarmaq lazımdır.

AAAF-ın AMADA ilə çox sıx əməkdaşlıq etdiyini deyən R.Rəsulov bildirib ki, ötən il istər WADA, istərsə də AMADA tərəfindən ağır atletika yığmalarımızda dəfələrlə yoxlamalar aparılıb. 2017-ci ildə AMADA tərəfindən 50 test götürülüb ki, onlardan 35-i yarışdan kənar, 15-i isə yarış vaxtı həyata keçirilib. AMADA-nın fəaliyyətini yüksək dəyərləndiririk. Yoxsa bu qədər pozuntular üzə çıxmaz, sonra yığma komandamıza daha böyük problemlər yaranar, federasiya olaraq zərbə altında qala bilərik. Qarşıda görməli olduğumuz çox iş var. Ötən ilin dekabrında IWF-dən bizə məktub daxil olmuş, müəyyən şərtlər irəli sürülmüşdü. Dekabrda Almatıda 9 ölkənin cəzalanması ilə bağlı brifinqdə də iştirak etdik, orada səsləndirilən yeni tələblər barədə məlumatlandırıldıq və bu haqda ictimaiyyətə geniş açıqlama verdik. Çox ciddi öhdəliklər götürmüşük. İlk olaraq, WADA və AMADA üçün şəffaf olmalı, onların dopinq testini rahat götürmələri üçün ən münbit şəraiti yaratmalıyıq. Əks halda cəza müddətimiz nəinki azalar, daha da artar. Ona görə də çalışırıq ki, dopinq qəbul edən atletləri tez bir zamanda özümüz ortaya çıxaraq, uzaqlaşdıraq. Lakin bunu biz tək edə bilmərik, müvafiq qurumlarla əməkdaşlıq etməliyik və edirik də. Bu, federasiyanın əzmkarlığı kimi qeyd olunmalıdır.

“Ötən il Yaponiyada keçirilən gənclər arasında dünya, Albaniyada gənclərin Avropa birinciliyində yüksək nəticələr əldə etdik. Tailandda keçirilən yeniyetmələrin dünya birinciliyində komanda hesabında 9-cu yeri tutaraq bu il Argentinada keçiriləcək Yeniyetmələrin Olimpiya Oyunlarına lisenziya qazanmaq üçün yetərli uğur qazanmışıq. Üstəlik, Kosovoda yeniyetmələrin Avropa birinciliyində medal sayında Avropa çempionu olaraq dopinqsiz uğur qazanmağın mümkünlüyünü əyani şəkildə bir daha sübut etdik. Nəticədə 2017-ci ildə yeniyetmələr və gənclər arasında Avropa birinciliklərində və ümumilikdə beynəlxalq turnirlərdə ayrı-ayrı hərəkətlər üzrə 27 medal (8+8+11), toplamda isə 13 (4+3+6) medal əldə etdik. Bununla yanaşı, yeniyetmələrimiz yeddi Avropa rekordu da müəyyən etdilər. Bu yarışların hər birində WADA tərəfindən atletlərimizdən dopinq test götürülüb və heç bir mənfi nəticə olmayıb.

Ötən il yeniyetmələrin və gənclərin qatıldıqları Azərbaycan birinciliklərində iştirak edənlərin 62 faizinin, böyüklərdən ibarət Azərbaycan çempionatında iştirakçıların isə 68 faizinin “Zirvə” İdman Klubunun üzvləri olduğunu vurğulayan R.Rəsulov bildirib ki, dekabrdan başlayan təlim-məşq toplanışlarında hazırda 35 ağır atlet iştirak edir. Yaxın gələcəkdə bu sayı artırmağı nəzərdə tutmuşuq. Əsas hədəfimiz bu ilin oktyabrında Argentinada keçiriləcək Yeniyetmələrin Yay Olimpiya Oyunları və noyabrda Türkmənistanda təşkil olunacaq kişilər və qadınlar arasında 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına fərdi lisenziya xarakteri daşıyan dünya çempionatıdır. Bununla yanaşı, maddi-texniki bazanın gücləndirilməsi istiqamətində idman təşkilatlarının məşq zallarını ağır atletika avadanlığı ilə təmin etmək, zallarının sayını artırmaq (artıq Sumqayıtda və Bakıda iki idman zalının son tamamlanma işləri başa çatmaq üzrədir) nəzərdə tutulub. Anti-dopinq tədbirləri çərçivəsində də məşqçilər, hakimlər və digər mütəxəssislərə mütəmadi daxili seminarların, həmçinin ilboyu beynəlxalq səviyyəli anti-dopinq seminarlarının təşkilini planlaşdırırıq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp: İran nə vaxtsa təslim olmaq qərarına gələcək

Xəzər dənizində zəlzələ qeydə alınıb

Almaniya NATO-nun Şərq cinahını gücləndirmək üçün yeni hərbi-logistika qovşağı yaradır

Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb

ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib

Yaponiya Suriyanın 16 qurumunun aktivlərinə qarşı olan məhdudiyyətləri aradan qaldırıb

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq