Robert Levandovski ilin futbolçusu seçilib
Bakı, 27 dekabr, AZƏRTAC
Almaniyanın “Bavariya” klubunun polşalı forvardı Robert Levandovski ilin futbolçusu seçilib.
AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, polşalı futbolçu bu ada “The Guardian” nəşri tərəfindən layiq görülüb. Otuz üç yaşlı forvard ardıcıl ikinci dəfə eyni nominasiyanın qalibi olub. Cari mövsümdə Almaniya Bundesliqasında 17 matçda meydana çıxan futbolçu 19 qola imza atıb.
2023-ü ilədək “Bavariya” ilə müqaviləsi olan polşalı forvadın transfer qiyməti 50 milyon avro dəyərləndirilir.
Xatırladaq ki, 2021-ci ilin “Qızıl top” mükafatını qazanan “Paris Sen-Jermen” klubunun argentinalı futbolçusu Lionel Messi isə bu nominasiyada ikinci yeri tutub. İngiltərənin “Liverpul” klubunun misirli forvardı Məhəmməd Salah üçüncü, fransalı hücumçu Kərim Benzema (“Real Madrid”) dördüncü, italiyalı Jorjinyo (“Çelsi”) isə beşinci olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [13:41]
Formula 1 yarışları yenidən Afrika qitəsinə qayıdır
- 13.10.2026 [13:27]
UEFA-dan Əliyar Ağayeva növbəti təyinat
- 13.10.2026 [13:23]
Azərbaycan Avropa Stolüstü Tennis Birliyinin konqresində təmsil olunur
- 13.10.2026 [13:11]