Robin van Persi "Feyenoord"un yeni baş məşqçisi olacaq
Bakı, 21 fevral, AZƏRTAC
Niderland millisinin sabiq hücumçusu Robin van Persi "Feyenoord"un yeni baş məşqçisi olacaq.
AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, klub rəhbərliyi keçidlə bağlı mütəxəssisin hazırda rəhbərlik etdiyi “Herenvern” komandası ilə razılığa gəlib. Onunla 2027-ci ilin iyun ayına kimi müqavilə imzalanacaq.
Robin van Persi futbolçu karyerasına “Feyenoord”da başlayıb. 41 yaşlı keçmiş oyunçu 2021-2024-cü illərdə Rotterdam təmsilçisinin gənclərdən ibarət komandalarını çalışdırıb.
Qeyd edək ki, hazırda "Feyenoord"ın baş məşqçi vəzifəsini Paskal Bosart icra edir. Klub onun rəhbərliyi altında İtaliya “Milan”ını məğlub edərək UEFA Çempionlar Liqasının 1/8 finalına yüksəlib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [19:53]
Ayxan Abbasov: Milli komandalar səviyyəsində zəif rəqib anlayışı qalmayıb
- 30.09.2026 [19:34]
Emin Mahmudov: Sabah bizim üçün vacib oyun olacaq, qalib gəlmək istəyirik
- 30.09.2026 [18:20]
Azərbaycan Alpaqut Federasiyasının İcraiyyə Komitəsində yeni təyinatlar olub
- 30.09.2026 [17:59]
“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirilib
- 30.09.2026 [17:29]
Azərbaycanın stolüstü tennisçiləri Tbilisidən 5 medalla qayıdırlar
- 30.09.2026 [17:23]
Azərbaycanı U-17 Avropa çempionatında 21 boksçu təmsil edəcək
- 30.09.2026 [17:00]