Roma Papası: Dinlər silah deyil, bölünmüş dünyada körpü olmalıdır
Vatikan, 1 oktyabr, AZƏRTAC
Dünya gözəlliklərlə dolu olmasına baxmayaraq, dərin parçalanmalarla yaralanıb. Bəzən dinlər bizi birləşdirmək əvəzinə, qarşıdurma səbəbinə çevrilir.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Roma Katolik Kilsəsinin rəhbəri Papa XIV Leonun oktyabr ayı üzrə dua videomüraciətində yer alıb.
“Qoy dinlər silah və ya divarlar kimi istifadə olunmasın, əksinə körpü və peyğəmbərlik mənbəyi olsunlar. Dinlər ümumi rifah arzusunu əlçatan etsinlər, həyatımızı müşayiət etsinlər, ümidi qorusunlar və parçalanmış dünyada birliyin mayası olsunlar. Dinlərdəki sülh, ədalət və qardaşlığın konkret nümunələri bizi fərqliliklərimizin fövqündə birlikdə yaşamağın və çalışmağın mümkün olduğuna inandırsın”, - deyə Roma Papası bildirib.
Papa Leo müxtəlif dini ənənələrə mənsub olan insanların sülhü, ədaləti və insan qardaşlığını qorumaq və təşviq etmək üçün birlikdə çalışması naminə ümumi duaya qoşulmağa dəvət edib.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Vatikan
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [15:40]
Somali sahillərində Pakistanın 4 dənizçisi piratlardan xilas edilib
- 02.10.2026 [15:17]
Rusiya neft emalı zavodlarının modernləşdirilməsini təxirə sala bilər
- 02.10.2026 [15:15]
İran İraqdan uçuş məhdudiyyətlərinin aradan qaldırılmasını istəyib
- 02.10.2026 [15:08]
Ukraynalı ekspert: Rusiya döyüş taktikasını dəyişib
- 02.10.2026 [14:43]
FAO: Qlobal ərzaq qiymətləri son dörd ilin ən yüksək səviyyəsinə çatıb
- 02.10.2026 [13:58]