Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Romada 28 May-Respublika Günü təntənəli şəkildə qeyd edilib VİDEO

Roma, 25 may, AZƏRTAC

Romanın tarixi “Salone Margherita” Teatrında 28 May-Respublika Günü və Azərbaycan-İtaliya diplomatik münasibətlərinin qurulmasının 25-ci ildönümü münasibətilə qəbul və Azərbaycan milli musiqi və rəqslərindən ibarət “Odlar Diyarının səsləri və ritmləri” adlı konsert təşkil olunub.

Tədbirdə İtaliya hökumətinin nümayəndələri, çoxsaylı senator və deputatlar, mədəniyyət xadimləri, işgüzar, elmi-akademik dairələrin, kütləvi informasiya vasitələrinin nümayəndələri, diplomatik korpusun üzvləri, İtaliyada yaşayan və təhsil alan azərbaycanlılar da daxil olmaqla 400 nəfər qonaq iştirak ediblər.

Əvvəlcə Azərbaycanın və İtaliyanın dövlət himnləri səsləndirilib.

Daha sonra Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə Respublika Gününün Azərbaycan tarixindəki önəmindən, müstəqilliyin bərpasından sonra ölkəmizin keçdiyi inkişaf yolundan, Azərbaycan və İtaliya arasında diplomatik əlaqələrin qurulmasından sonrakı 25 il ərzində əlaqələrin genişləndirilməsindən və 2014-cü ildə Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya səfəri zamanı qəbul edilmiş “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə”nin əhəmiyyətindən ətraflı bəhs edib. Son illərdə qarşılıqlı yüksək səviyyəli səfərlərdə dinamikanın müşahidə edildiyini deyən diplomat siyasi, iqtisadi, mədəni, elm-təhsil sahələri də daxil olmaqla iki ölkə arasında hazırda mövcud olan geniş əhatəli əməkdaşlıqdan danışıb.

İtaliya Senatının sədr müavini Linda Lanzillotta Azərbaycan və İtaliya arasında sıx əməkdaşlığın qurulduğunu, iqtisadiyyat və mədəniyyət sahələrində iki ölkəni bir-birinə bağlayan önəmli layihələrin mövcud olduğunu deyib. O, TAP layihəsinin Azərbaycan ilə Avropa arasında əlaqələrin daha da inkişafı baxımında, habelə Azərbaycan-İtaliya iqtisadi əməkdaşlığının nə qədər vacibliyini göstərmək üçün əhəmiyyətini vurğulayıb. L.Lanzillotta bu layihənin həyata keçirilməsi istiqamətində son aylarda İtaliya rəhbərliyinin önəmli addımlar atdığını diqqətə çatdırıb. Son dövrdə İtaliyada Azərbaycanın mədəniyyətinin və həqiqətlərinin təbliği istiqamətində təşkil olunan tədbirlərdən danışan İtaliya Senatının sədr müavini Xocalı qətliamı ilə bağlı bu ilin fevralında Romada nümayiş olunmuş tamaşanı da xatırladıb, bu kimi tədbirlərin xalqların bir-birini yaxından tanıması və daha da yaxınlaşması üçün əhəmiyyətli vasitə olduğunu bildirib.

İtaliya parlamentində Azərbaycan ilə parlamentlərarası dostluq qrupunun sədri senator Sercio Divina Azərbaycanın son illərdə yüksək templə inkişaf etdiyini vurğulayıb, ölkəmizin müxtəlif sahələrdə əldə etdiyi nailiyyətlərdən danışıb. Azərbaycan-İtaliya əməkdaşlığı haqqında məlumat verən senator son illərdə bu əlaqələrdə əldə olunan önəmli nəticələrdən söhbət açıb. O, Azərbaycanın mötəbər beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etdiyini, müxtəlif ölkələrdə öz mədəniyyətinin təqdimi ilə bağlı çoxsaylı təşəbbüslərlə çıxış etdiyini, bunlar vasitəsilə Azərbaycan haqqında daha düzgün məlumatların əldə olunduğunu deyib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunan italiyalı senator ərazisinin 20 faizinin işğal altında olmasına baxmayaraq, Azərbaycanın müharibə istəmədiyini, sülhsevər ölkə olduğunu və münaqişənin sülh yolu ilə həlli istiqamətində davamlı cəhdlər göstərdiyini bildirib. Çıxışında S.Divina Azərbaycanın dünyəvi ölkə olmasını təqdir edib, məhz Azərbaycan modelinin dünyaya müxtəlif mədəniyyətlərin və dinlərin bir arada sülh içində yaşamasının mümkün olduğunu göstərdiyini bildirib.

Tədbirin rəsmi hissəsindən sonra Azərbaycan Dövlət Filarmoniyası nəzdində Əməkdar Mədəniyyət İşçisi Elçin Abbasovun rəhbərliyi ilə Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı konsert proqramı ilə çıxış edib. Konsert proqramında xanəndə Nigar Şabanova, tarzən Elçin Abbasov, kamança ustası Fariz Hüseynov, nağara ustası Cəfər Həsənov, vokalist Anar Şuşalı, rəqs qrupunun üzvləri Günel Şeyxova, Aydan Kamilova, Əməkdar artistlər Viktoriya Şahmuradova, Elnur Süleymanov, Ceyhun Qubadovun ifasında təqdim olunan “Azərbaycan”, “Mənim Azərbaycanım”, “Sarı gəlin”, “Bakı”, “Nə bağ bildi nə də bağban”, “Küçələrə su səpmişəm”, “Qarabağ şikəstəsi”, “Evləri var xana-xana”, “Əsgərin mahnısı” kimi muğam, milli və klassik mahnılarımızı, “Cəngi”, “Qərənfil”, “Çayla rəqs”, “Uzundərə”, “Nəlbəki”, Ay ləli”, “Laqquti” kimi milli rəqslərimizi auditoriya böyük maraq və hərarətli alqışlarla qarşılayıb.

Tədbir ziyafətlə davam etdirilib.

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Romada 28 May-Respublika Günü təntənəli şəkildə qeyd edilib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fransada antisemitizm hadisələri 4 dəfə artıb

Britaniya Müdafiə Nazirliyinin serverlərinə kiberhücum olub, məlumatlar oğurlanıb

Aİ Rusiya aktivlərindən əldə olunan gəlirin 90 faizini Kiyevin hərbi ehtiyaclarına istifadə etməyə razılaşıb

Bakıdakı Rus evində Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə konsert keçiriləcək

Çadda prezident seçkilərində silahlı toqquşmalar baş verib, ölənlər var

İsrail Rəfahda əməliyyatı davam etdirməyə qərar verib

Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilib

Şolts: 35 min Alman hərbçisi müttəfiqlərinə kömək etməyə hazırdır

Media: Qəzzada atəşkəs təklifi üç həll mərhələsini əhatə edir

Qızlar arasında voleybol üzrə muxtar respublika turnirinə start verilib

Qubanın bir sıra kəndlərində mədəniyyət müəssisələrinə baxış keçirilib

Ərdoğan: Türkiyə HƏMAS-ın atəşkəs təklifi ilə razılaşmasını alqışlayır

Premyer Liqa: “Qəbələ” “Səbail”i məğlub edib

“Azərbaycanım” beynəlxalq rəsm festivalı çərçivəsində elan olunmuş müsabiqənin yekun sərgiləri açılacaq

Müdafiə naziri: Ankaradan Türkiyə ordusuna bənzər orduların yaradılmasına kömək etmək xahiş olunur

Yağış Kürdəmirdə fəsadlar törədib

HƏMAS vasitəçilərin Qəzzada atəşkəs təklifi ilə razılaşıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri müzakirə olunub

Cüdo üzrə muxtar respublika turnirinin qalibləri məlum olub

COST fəaliyyəti üzrə təşkil edilən tədbirlər müsbət nəticələr verir

Kino Agentliyi “Qızılalma” festivalında mükafata layiq görülüb

Naxçıvanda Yeni Azərbaycan Partiyası veteranlarının gənclərlə görüşü keçirilib

Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Azərbaycanın ev sahibliyi edəcəyi COP29 qlobal sülhə də töhfə verəcək

Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsi anılıb

Britaniya telekanalında Azərbaycanla bağlı sənədli film göstərilib

Xəbərdarlıq: Paytaxtda şimal-qərb küləyinin sürəti arabir 23-25 metrə çatacaq

® Onlayn ticarət platformasının bazarda peyda olması iqtisadiyyata necə təsir edir?

Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

İraq və Suriyanın şimalında 23 terrorçu zərərsizləşdirilib

Faktiki hava: Xəzər dənizində dalğanın hündürlüyü 3.4 metrə çatıb

Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Özbəkistanın Dövlət Tibbi Sığorta Fondu ilə əməkdaşlıq edəcək

ADAU-da it və pişiklərdə sistematik göz müayinəsi və xəstəlik nümunələri mövzusunda seminar keçirilib

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası Milli Məclisdə keçirilib

“Dərnəgül-Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarda nasazlıq yaranıb

Azərbaycan futzal millisi FIFA-nın ilk dəfə açıqladığı reytinqdə 29-cu olub

® “Unibank” kredit faizini aşağı salıb, kredit məbləğini və müddətini artırıb

Doğuş prosesi təcili tibbi yardım avtomobilində gerçəkləşib

Hazırda ABŞ və bəzi Qərb dövlətlərinin maraqlarının təmin edilməsi üçün Ermənistan əlverişli platformadır - RƏY

Laçında müntəzəm marşrut xətləri açılıb - EKSKLÜZİV

Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək

Ölkəmizə idxal olunan baytarlıq preparatlarında uyğunsuzluq aşkarlanıb

Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşların müraciətlərini dinləyəcək

Zemfira Meftahətdinova: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi ən düzgün qərar idi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim

ADA Universiteti: Yüksək səviyyəli ali təhsilin məkanı və beyin mərkəzi

“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində növbəti ictimai dinləmə Gəncədə keçirilib

Avropa çempionatında Azərbaycanı təmsil edəcək taekvondoçular bəlli olub

Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

“Vaksinasiyaya dəstək”: Regionlarda immunizasiya kampaniyası davam etdirilir

“Heydər Əliyev Azərbaycan Respublikasının innovativ inkişafının banisidir” – DİA-da elmi seminar

Bağdadda Azərbaycan-İraq əlaqələrinin perspektivləri müzakirə edilib

ADNSU-da Ümummilli Liderə həsr olunmuş respublika elmi konfransı keçirilir

Avropaya gedən iki mininci yük qatarı Çinin şərq limanını tərk edib

Bakı şəhəri dünyanın “İdman Paytaxtı” seçilib

Tanınmış basketbolçu Azərbaycan millisindəki karyerasını bitirir

Dövlət Tərcümə Mərkəzində Gürcüstan poeziyası günləri

Son hadisələr Gürcüstanın növbəti geosiyasi qarşıdurma arenasına çevrilməsinə xidmət edir ŞƏRH

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan verəcək namizədlərin nəzərinə

Azərbaycan və Kosta Rika Gimnastika Federasiyaları arasında memorandum imzalanıb

Polşa Ukraynaya qoşun göndərmək niyyətində deyil

Türkiyədə mobil rabitə abonentlərinin sayı ölkə əhalisinin sayını üstələyir

Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistanda beynəlxalq festivalın sertifikatına layiq görülüb

Apreldə su hövzələrindən 21 min 810 metr uzunluğunda sintetik tor yığışdırılıb

Cənubi Koreyada 2044-cü ilədək işçi qüvvəsi xeyli azalacaq

“AzerGold”un qızıl sikkə kolleksiyaları Birləşmiş Krallıqda nümayiş etdirilib

“Panatinaikos” klubu Fatih Terimlə yollarını ayırır

Gəncə Dövlət Universitetində fənn olimpiadası keçirilib

BDU-da görkəmli dilçi alimin 95 illiyi qeyd olunub

Mingəçevir Dövlət Universitetində günəş enerjisi paneli quraşdırılıb

Rezidenturaya qəbul imtahanının I mərhələsinin nəticələri açıqlanıb: 252 namizəd müsabiqə şərtini ödəyib

® ABB-nin baş sponsorluğu ilə ADA-da keçirilən “Karyera Həftəsi” başa çatıb

“İƏT Beynəlxalq Münasibətlər Akademiyası-2024” öz işinə başlayıb

UNEC-in MBA proqramında yeni ixtisaslaşma açılıb

Dövlət Pantomim Teatrı ölkəmizi Qazaxıstanda beynəlxalq festivalda təmsil edib

“Cabbar Həşimov” tankeri əsaslı təmirdən sonra yenidən istismara qaytarılıb

Ermənistanın Azərbaycanla yeni qarşıdurmalara sürüklənməsi və rəsmi Bakıya siyasi təzyiqlər cəhdi Qərbin çeşidli planlarındandır - RƏY

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edib

Bakıda Türk Dünyası Ortaq Əlifba Komissiyasının ikinci iclası keçirilib YENİLƏNİB

Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının İstanbulda keçirilən səhiyyə proqramında təmsil olunur

Azərbaycanın iki güləş hakimi beynəlxalq kateqoriyaya yüksəlib

Bakıda “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda ənənəvi elmi-praktik konfrans keçirilib VİDEO

Niderlandda Azərbaycan qadınına həsr edilmiş konfrans keçirilib

BMT-nin Meşə Forumunun sessiyası keçirilir

“digital.login” platformasının təkmilləşdirilmiş yeni versiyası istifadəyə verilib

ViaVoice: Fransızların əksəriyyəti Avropa iqtisadiyyatının pisləşəcəyini düşünür

İlahiyyat İnstitutunun “Qonağınız müəllimlərinizdir” layihəsi davam edir

“Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinin yarımfinalı keçirilib

Sabitlik adası Azərbaycanda milli maraqlara uyğun siyasət yürüdülür ŞƏRH

Şotlandiya Milli Partiyasına yeni lider seçilib

Nazir: Ülviyyə Fətəliyevanın Avropa çempionluğu şahmatın inkişafına töhfə verəcək

Alman dili fənni üzrə sertifikatlaşdırma imtahanına dair vebinar keçiriləcək

Ulu Öndər Heydər Əliyev Ukraynada böyük sevgi ilə anılır - AZƏRTAC-ın VİDEOREPORTAJI

Lionel Messi MLS-də yeni rekorda imza atıb

Ümummilli Lider Heydər Əliyevin Şərq siyasəti - elmi sessiya

Türkiyədə ağır yol-nəqliyyat hadisəsində 8 nəfər ölüb