Roman Qriqorçuk: Yuri Vernidubun gördüyü işlər tezliklə öz bəhrəsini verəcək
Bakı, 6 aprel, AZƏRTAC
Ümid edirəm ki, Yuri Vernidubun gördüyü işlər tezliklə öz bəhrəsini verəcək.
AZƏRTAC xəbər verir ki, bu sözləri ukraynalı mütəxəssis Roman Qriqorçuk “Neftçi”nin baş məşqçisi olan həmyerlisi Yuri Vernidub haqqında danışarkən deyib.
O, Yuri Verniduba böyük hörmətlə yanaşdığını və onun peşəkarlığını yüksək qiymətləndirdiyini bildirib: “İnanıram ki, o, “Neftçi”nin qarşısında qoyulan bütün məqsədlərin və tapşırıqların öhdəsindən layiqincə gələcək, komandanı daha da inkişaf etdirərək uğurlara aparacaq. “Neftçi” kimi köklü və ənənələri olan klubun yenidən yüksək səviyyədə çıxış etməsi, xüsusilə də avrokuboklarda ölkəni təmsil etməsi çox vacibdir. Səmimi qəlbdən arzulayıram ki, komanda qarşıdakı mövsümlərdə bu hədəfə çatsın və azarkeşlərini sevindirsin”.
Hazırda rəqiblərindən bir oyun az keçirən “Neftçi” XXV turdan sonra 40 xalla 5-ci pillədə qərarlaşıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [22:23]
Joze Mourinyo yenidən “Real Madrid”in baş məşqçisi təyin olunub
- 11.06.2026 [21:36]
Azərbaycan millisinin basketbolçusu dünya reytinqində ilk pilləyə yüksəlib
- 11.06.2026 [21:30]
Futbol üzrə dünya çempionatının açılış mərasimi başlayıb
- 11.06.2026 [19:48]
FHN-in əməkdaşları avarçəkmə yarışında qızıl medal qazanıblar
- 11.06.2026 [19:21]
“Sabah” Fransa klubunun yarımmüdafiəçisini icarəyə götürüb
- 11.06.2026 [18:52]
“Zirə” milli komandanın futbolçusunu transfer edib
- 11.06.2026 [18:39]
“Qalatasaray”ın sabiq vitse-prezidenti azadlığa buraxılıb
- 11.06.2026 [17:53]