Ronaldu dünyanın 5 milyonçusu arasında yer alıb
Bakı, 12 iyul, AZƏRTAC
“Avro-2016”nın qalibi Portuqaliya milli komandasının kapitanı Kriştianu Ronaldu məşhur “Forbes” jurnalının versiyasına görə, dünyanın ən varlı 5 adamı sırasında yer alıb.
AZƏRTAC xəbər verir ki, “Real Madrid”in 31 yaşlı hücumçusu 2015-ci ildə maaşı, bonusları və reklam müqavilələri ilə birlikdə 88 milyon ABŞ dolları qazanıb. Bununla da Ronaldu amerikalı teleaparıcı Fil Makqrou ilə birgə dördüncü yeri bölüşdürür. Ən çox qazanan isə müğənni Teylor Sviftdir - 170 milyon dollar.
“Top-10”da daha bir futbolçu, Ronaldunun “Qızıl top” uğrunda əsas rəqibi Lionel Messi də var. “Barselona” futbol klubu və Argentina yığmasının hücumçusu ötən il 81,5 milyon ABŞ dolları qazanıb. Messinin “Barselona”da komanda yoldaşı olan braziliyalı Neymar, isveçli Zlatan İbrahimoviç isə hərəyə 37,5 milyon ABŞ dolları qazancla 72-ci pilləni bölüşdürür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [18:21]
“Sabah”ın futbolçusu: Tarixi oyunda qələbə qazanmaq istəyirik
- 12.10.2026 [17:12]
“Qarabağ” klubunun mətbuat katibi vəzifəsindən ayrılıb
- 12.10.2026 [16:32]
“Trabzonspor” basketbol klubunun baş məşqçisi Azərbaycandan təklif alıb
- 12.10.2026 [15:58]