Azərbaycan Dövlət İnformasiya Agentliyi

Rövnəq Abdullayev: Avropa çempionatında tərəfdaş qismində iştirakımız diqqəti Azərbaycana cəlb edəcək

Bakı, 10 iyun, AZƏRTAC

Futbol üzrə Avropa çempionatı ərəfəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Parisdə ölkəmizin Fransadakı səfirliyi ilə birlikdə yerli icra hakimiyyətinin, ictimaiyyətin nümayəndələrinin və Fransa yığmasının məşhur futbolçularının iştirakı ilə qəbul təşkil edib.

Qəbulda SOCAR-ın çempionat çərçivəsində keçirdiyi “Sən də öz ilk addımını at” (Make Your Debut) ictimai kampaniyası təqdim olunub. Kampaniya zamanı SOCAR tərəfindən birgə baxış zonaları təşkil olunacaq, eləcə də virtual reallıqda özünü debütant oyunçu kimi hiss etmək imkanı yaradılacaq.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev AZƏRTAC-a müsahibəsində UEFA ilə tərəfdaşlığın şirkət və Azərbaycan üçün Avropa bazarına çıxışdan, gənc istedadların motivasiyası kontekstində əhəmiyyətindən danışıb.

- SOCAR-ın rəsmi tərəfdaşı olduğu futbol üzrə Avropa çempionatı başlayır. Bu əməkdaşlıqdan şirkət nə kimi fayda əldə etmək niyyətindədir?

- Bildiyiniz kimi, UEFA və SOCAR arasında tərəfdaşlıq müqaviləsinin imzalanması 2013-cü ildə elan olunub. Həmin müqaviləyə əsasən, şirkətimiz milli komandalar arasında UEFA yarışlarının, o cümlədən Fransada başlayacaq futbol üzrə Avropa çempionatının, onun seçmə matçlarının, 2018-ci il dünya çempionatının Avropa üzrə təsnifat mərhələsinin rəsmi tərəfdaşı, bu yaxınlarda ölkəmizdə keçirilən U-17 futbol üzrə Avropa çempionatının və bir sıra yarışların tərəfdaşı olub.

SOCAR bu müqaviləni imzalayaraq, “Coca-Cola”, “Adidas”, “McDonald’s”, “Hyundai/Kia”, “Continental”, “Orange”, “Turkish Airlines”, “Hisense” və “Carlsberg” kimi şirkətlərlə bir sırada dayanıb.

Məqsədimizin qlobal enerji şirkətinə çevrilmək olduğunu nəzərə alaraq, biz bu əməkdaşlığı SOCAR-ın “Avro-2016” və bütün dünya azarkeşlərinin gözündə premium-klass enerji brendi qismində beynəlxalq imicinin artırılması üçün nadir platformanın yaradılması imkanı kimi qiymətləndiririk.

- Siz qeyd etdiniz ki, SOCAR-ın qlobal ambisiyaları var. Bu məqsədə nail olmağa nə qədər yaxınsınız?

- Əsas etibarilə, bu gün demək olar ki, SOCAR artıq regionumuzdan kənara çıxıb. Tamamilə dövlətə məxsus olan milli şirkət kimi qalaraq, SOCAR dünya miqyaslı beynəlxalq brendə çevrilib.

SOCAR-ın gəlirliyinin və biznesinin artması nəticə etibarilə dövlətin və deməli, ölkəmizin hər bir vətəndaşının gəlirlərinə təsir göstərməsi onun inkişafındakı ən mühüm aspekt olaraq qalır. Buna baxmayaraq, qeyd etmək lazımdır ki, şirkətimizin inkişafından yalnız Azərbaycan deyil, həm də çoxsaylı iddialı layihələr həyata keçirdiyimiz Avropadakı tərəfdaşlarımız da qazanacaq.

SOCAR Avropaya enerji daşıyıcılarının marşrut və mənbələrini şaxələndirməyə çalışır, bununla da Avropanın enerji təhlükəsizliyinə böyük töhfə verir. Bu şəraitdə şirkət Avropa auditoriyasının gözündə brend imicini qazanır.

- Yəni, məhz buna görə seçim qitənin ən məşhur idman hadisələrindən biri olan Avropa çempionatının üzərinə düşüb?

- Şübhəsiz. Əlbəttə, SOCAR idmanda təsadüfi qonaq deyil. Şirkətimizin fəaliyyəti ilk növbədə, Azərbaycanda idmanın uzunmüddətli dəstəklənməsinə əsaslanır. Bildiyiniz kimi, SOCAR Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) və Azərbaycan Cüdo Federasiyasının sponsorudur.

UEFA ilə tərəfdaşlıq müqaviləsinə gəldikdə, korporativ sosial məsuliyyətlə yanaşı, şirkət brendinin Avropada və dünyada təşviqi əsas əhəmiyyət kəsb edir. Biz əminik ki, uzunmüddətli perspektivdə bu tərəfdaşlıq SOCAR-ın qlobal imicinin formalaşmasına yardım edəcək, öz növbəsində, bizim gəlirlərimizə təsir göstərəcək. Bu da yuxarıda qeyd etdiyim kimi, vətəndaşlarımıza faydalı olacaq.

- Aydınlıq gətirmək üçün bu layihələr haqqında bir qədər ətraflı danışa bilərsinizmi?

- Bilirsiniz, zaman keçdikcə Azərbaycanın enerji strategiyasının tarixi əhəmiyyəti daha aydın görünür. Bu gün Avropada bir neçə iddialı layihənin hazırlanması prosesi davam edir.

Birincisi, qeyd etmək lazımdır ki, biz indi Azərbaycan qazının Türkiyə və Avropaya nəqli üzrə “Cənub Qaz Dəhlizi” layihəsini həyata keçirməyə başlamışıq. Həmçinin Türkiyədə “Petkim” neft-kimya kompleksinin müasirləşdirilməsini və “STAR” neft emalı zavodunun tikintisini, SOCAR-ın Gürcüstan, Ukrayna, Rumıniya, İsveçrədə satış şəbəkələrinin yaradılmasını, Malta və Yunanıstandakı layihələri də qeyd etmək olar. Bunların hamısı inkişafımızın strategiyasında xüsusi diqqət yetirilən Avropa bazarlarına ekspansiyadır.

- Həmin layihələrin reallaşması hansı səviyyədədir?

- Yuxarıda qeyd etdiyim “Cənub Qaz Dəhlizi” layihəsi təbii qazın “Şahdəniz” yatağından Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) boru kəmərləri ilə Türkiyəyə və Avropaya nəqlini nəzərdə tutur. Yataqdan ilk qaz tədarükü 2018-ci ildə planlaşdırılır. “Cənub Qaz Dəhlizi” SOCAR-ın ən iri layihəsidir. Xəzər dənizindən Avropa bazarlarına böyük həcmdə təbii qazın nəql edilməsinə imkan verəcək və dəyəri 40 milyard dollardan çox təşkil edən bu layihə tikinti prosesindədir. Layihənin tikintisinə 26 mindən çox insan cəlb olunub.

Türkiyə və Gürcüstanda tikinti qrafik üzrə gedir. Səmərəli əməkdaşlıq və dəyişmiş konyunktura sayəsində biz boru kəmərlərin tikintisinin maya dəyərini azaltmağa nail olmuşuq. Belə ki, yalnız TANAP boru kəmərinin tikintisində bu günə qədər 2 milyard dollardan çox vəsaitə qənaət olunub. Bundan başqa, TAP-ın Yunanıstanda tikintisi üçün bütün zəruri icazələr və razılaşmalar mövcuddur. Biz, həmçinin Albaniya hökumətinin böyük dəstəyini və onun “Cənub Qaz Dəhlizi” çərçivəsində TAP layihəsinə bağlı olmasını yüksək qiymətləndiririk.

Bu marşrutun son nöqtəsi İtaliyadır və qarşıda duran bütün məsələləri həll etmək, tərəqqiyə nail olmaq üçün biz hökumət və tərəfdaşlarımızla işi sıx davam etdirməliyik. Qısamüddətli perspektivdə biz “Cənub Qaz Dəhlizi” layihəsinin final hissəsi olan TAP çərçivəsində bütün qalan müqavilə razılaşmalarının imzalanmasını gözləyirik. Bu layihə Avropa İttifaqının enerji siyasətinin ən əsas elementlərindən biridir, çünki qarşıdan gələn onilliklər ərzində Avropaya qaz tədarükünə töhfə verəcək.

Bundan başqa, bizim Gürcüstan, Ukrayna, Rumıniya və İsveçrədə böyük biznes maraqlarımız var. Məlum olduğu kimi, biz İsveçrədə iki struktur - “SOCAR Trading” və “SOCAR Energy Switzerland” ilə təmsil olunuruq. Onlar bu ölkədəki fəaliyyətlərini səmərəli şəkildə həyata keçirirlər.

“SOCAR Trading” Azərbaycan Dövlət Neft Şirkətinin “Azəri-Çıraq-Günəşli” yatağından və Azərbaycanın digər yataqlarından hasil olunan nefti satmaq hüququ olan marketinq bölməsidir. Eyni zamanda, “SOCAR Trading” üçüncü tərəflərlə də öz biznesini inkişaf etdirməyi bacarıb. Belə ticari əməliyyatların həcmi onun dövriyyəsinin 50 faizinə yaxınlaşır. Ümumilikdə “SOCAR Trading” şirkətinin 2007-ci ildən fəaliyyəti sayəsində ölkəmizin büdcəsi 1,7-1,8 milyard dollar məbləğində əlavə gəlir əldə edib.

“EssoSwitzerland” şirkətinin alınması və yanacaqdoldurma stansiyaları şəbəkəsinin genişləndirilməsi nəticəsində SOCAR bütün ölkədə “SOCAR Energy Switzerland” şirkəti tərəfindən səmərəli idarə edilən 158 stansiyaya sahib olub.

Türkiyədə son 40 ildə tikilən ilk neft emalı zavodu olacaq “STAR”ın tikintisi üzərində bir qədər ətraflı dayanmaq istəyirəm. Bu, həmçinin Türkiyənin ilk özəl neft emalı zavodu olacaq. Çünki yeganə mövcud neft emalı zavodu dövlət tərəfindən hələ 1970-ci illərdə tikilib. 5,7 milyard dollar məbləğində sərmayə onu Türkiyə tarixində ayrıca layihə üçün qoyulan ən iri investisiya edir.

Həmçinin Birləşmiş Ərəb Əmirlikləri, Sinqapur, Yunanıstan və Maltadakı infrastruktur layihələrini də qeyd etmək lazımdır.

Sizin yəqin ki, Yunanıstanın qazpaylayıcı şəbəkəsinin dövlət operatoru olan DESFA şirkətinin alınması kimi mühüm layihə haqqında xəbəriniz var. Bu istiqamətdə iş davam etdirilir. Bizim fikrimizcə, bu aktiv SOCAR-a öz investisiya portfelini şaxələndirməyə gözəl imkan yaradacaq.

Bundan əlavə, “SOCAR Trading” şirkəti ENEMALTA şirkətinə təbii qaz və elektrik enerjisinin tədarükü üçün tenderi qazanan “Electro Gas Malta” konsorsiumunun üç səhmdarından biridir. Həmin tenderə əsasən, tədarük 18 il ərzində həyata keçiriləcək. Bu da ada dövlətinə qaz yanacağına keçməyə, qeyri-səmərəli və ekologiyaya zərər vuran neft borularından imtina etməyə imkan yaradacaq. Həmçinin “SOCAR Trading” “Electro Gas Malta” şirkətinin eksklüziv maye qaz tədarükçüsü kimi bu layihədə xüsusi rol oynayır.

Məlum olduğu kimi, bütün bu işlər beynəlxalq bazarlarda möhkəmlənmək və karbohidrogenlərin nəqli, emalı və satışı üzrə əməliyyatların mövcud kəşfiyyat və hasilat əməliyyatlarına əlavə olunması sayəsində şirkətin gəlir potensialını qaldırmaq məqsədini daşıyır.

- Görünür, UEFA-da yuxarıda qeyd olunan tərəfdaşlığın SOCAR-ın transmilli korporasiyaya çevrilməsi üzrə iddialı layihələrinin həyata keçirilməsinə yardım edəcəyindən şübhə etmirlər. Bu barədə müsahibələrin birində “UEFA Events SA” şirkətinin marketinq direktoru Qay-Loran Epşteyn bildirib.

- Bu əməkdaşlıq formatından əldə etmək istədiyimiz nəticələrin mahiyyətinin UEFA-da anlayışla qarşılanması faktı bizi sevindirir. Sözsüz ki, qarşılıqlı anlaşma qarşıya qoyulan məqsədlərə nail olmağa yardım edəcək. Bizim Avropa çempionatında tərəfdaş qismində iştirakımız ümumilikdə Azərbaycana diqqəti cəlb edəcək. UEFA tarixində ilk dəfə tərəfdaş şirkət ölkənin adının qeyd olunduğu şüar altında çıxış edəcək. Xatırladım ki, bizim şüarımız belədir: “SOCAR - Azərbaycan enerjisidir” (SOCAR - Energy of Azerbaijan).

Bundan başqa, Avropa çempionatı matçlarının keçirilməsi zamanı biz Parisdə, Mars sahəsi və Azərbaycan Mədəniyyət Mərkəzində matçların və tədbirlərin izlənməsi imkanı təşkil edəcəyik. Bu imkan Fransa paytaxtının sakinlərinin və qonaqlarının ölkəmizə və mədəniyyətimizə marağını artıracaq.

UEFA ilə tərəfdaşlıq Avropa bazarına uzunmüddətli çıxış strategiyasının bir hissəsidir.

Şirkətimiz 2012-ci ildən İsveçrənin Montre şəhərində məşhur caz festivalının tərəfdaşıdır. Bu da SOCAR-ın biznesin inkişafına bağlı olmasını göstərməklə yanaşı, beynəlxalq mədəni layihələri dəstəkləyən şirkət imicini formalaşdırmağa kömək edir. Bu tərəfdaşlıq azərbaycanlı istedadlar üçün dəfələrlə yol açıb. Onlar nüfuzlu caz festivalına düşərək, qonaqlara Azərbaycanda cazın zəngin ənənəsini nümayiş etdiriblər.

SOCAR şirkəti, həmçinin 2015-ci ildə Azərbaycanda yüksək səviyyədə keçirilən birinci Avropa Oyunlarının rəsmi tərəfdaşı olub. Bu təcrübəni nəzərə alaraq, biz UEFA ilə əməkdaşlığın da uğurlu olacağına əminik. Qeyd etmək istəyirəm ki, UEFA tərəfdaşı kimi, biz novator təşəbbüsü ilə çıxış etməyə cəhd göstərmişik.

- Söhbət tərəfdaşlığın hansısa yeni formatından gedir?

- Məlum olduğu kimi, sosial məsuliyyətə xüsusi diqqət ayıran şirkət olaraq, biz idman, təhsil və ya yaradıcılıq kimi müxtəlif sahələrdə gənc istedadları daim dəstəkləməyə çalışırıq. Artıq uzun illərdir ki, biz ölkəmizdə və onun xaricində bu məqsədlər üçün təqaüdlər ayırırıq. Buna misal kimi Bakı İstedadlar Təhsil Kompleksi, Bakıdakı Fransız Liseyi, Bakı Ali Neft Məktəbi, SOCAR Yay məktəbi kimi layihələrin həyata keçirilməsi, xaricdə təhsil üçün təqaüdlər, eləcə də konfrans, vorkşop, seminar və s. keçirilməsi yolu ilə Azərbaycan ilə Avropa arasında qarşılıqlı münasibətlərin inkişafına yardım edə biləcək Azərbaycan Tələbələri Şəbəkəsi müstəqil qeyri-hökumət təşkilatının dəstəklənməsini göstərə bilərəm.

Gənc istedadların dəstəklənməsi siyasətinin davamı olaraq, biz 2016-cı il Avropa çempionatı çərçivəsində “Sən də öz ilk addımını at” təşəbbüsü ilə çıxış etmək qərarına gəldik. Biz də UEFA ailəsində bir növ debütant sayılırıq. Buna görə də biz oyunçular, azarkeşlər və Avropa çempionatında ilk dəfə çıxış edən ölkələr də daxil olmaqla, “Avro-2016” debütantlarını dəstəkləməliyik.

- Yerli azarkeşlər üçün çempionatla birbaşa bağlı yaxşı nə xəbərlər var?

- Sözsüz ki, ilk növbədə biz yerli azarkeşlər haqqında düşünürük. İyunun 10-dan iyulun 10-dək şirkətimizin təşəbbüsü ilə Bakı Olimpiya Stadionunun ərazisində xüsusi fan-zona yaradılacaq və burada çempionat matçlarının böyük ekranda izlənməsi təşkil olunacaq. Təşkilatçılar fan-zona qonaqlarını maraqlı proqram ilə sevindirəcək. Buna görə də bütün futbol həvəskarlarını bu unudulmaz idman bayramının qeyd olunmasında bizə qoşulmağa dəvət edirəm.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Xocalıya qayıdan sakin: Müharibə olmasın, insanlar sağlıq və əmin-amanlıq içində yaşasınlar

Azərbaycan universitetlərinin THE reytinqində təmsilçiliyi genişlənib

ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirib

Böyük Qayıdış: Növbəti köç karvanı ilə 42 ailə yola salınıb

Pentaqon “Boeing” şirkəti ilə 20 milyard dollarlıq müqavilə imzalayıb

Krit adasında 8,5 milyon illik kərgədan kəlləsi aşkarlanıb

“Bloomberg”: OPEC+ ölkələri noyabrda neft hasilatı planlarını dəyişməyə bilər

FAO: Dünyada deqradasiyaya uğramış meşələrin sahəsi 460 milyon hektardan çoxdur

“OpenAI” və “Google” tədqiqatçılarından süni intellektlə bağlı xəbərdarlıq

Suriyada sursat anbarında partlayış baş verib

Tramp: İran nə vaxtsa təslim olmaq qərarına gələcək

Xəzər dənizində zəlzələ qeydə alınıb

Almaniya NATO-nun Şərq cinahını gücləndirmək üçün yeni hərbi-logistika qovşağı yaradır

Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb

ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib

Yaponiya Suriyanın 16 qurumunun aktivlərinə qarşı olan məhdudiyyətləri aradan qaldırıb

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir