RUMINİYA DEMOKRATİYA VƏ İQTİSADİ İNKİŞAF UĞRUNDA TƏŞKİLAT – GUAM-A ÜZV OLMAQ İSTƏYİR
AZƏRTAC xəbər verir ki, bu fikri Rumıniyanın Azərbaycandakı səfiri Nikolaye Ureke keçirdiyi mətbuat kofransında söyləmişdir. Diplomat demişdir ki, Rumıniya GUAM-a üzv olan Ukrayna və Moldova ilə qonşudur, bizim Azərbaycan və Gürcüstanla da yaxşı münasibətlərimiz vardır.
N.Ureke GUAM dövlət başçılarının ötən il Kişinyovda keçirilən zirvə görüşündə Rumıniya Prezidentinin iştirak etdiyini, builki toplantıya isə xarici işlər naziri Mixay Rezvan Unquryanunun da qatıldığını demişdir. Nazir öz çıxışında Rumıniyanın GUAM-la bağlı mövqeyini bir daha açıqlamışdır.
Səfir bildirmişdir ki, NATO üzvü olan Rumıniya GUAM-a daxil olarsa, onun təcrübəsindən digər ölkələr yararlana bilərlər. Bundan əlavə, Avropa İttifaqına (Aİ) üzv olacaq Rumıniya GUAM ölkələri ilə NATO və Aİ arasında əlaqələrin möhkəmlənməsinə töhfə verə bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [19:54]
Azərbaycan səfiri etimadnaməsini Pakistan Prezidentinə təqdim edib
- 12.10.2026 [16:28]
Mao Nin: Çin-Azərbaycan münasibətləri güclü artım tempini qoruyub saxlayıb
- 12.10.2026 [15:35]
Laos Prezidenti Azərbaycana rəsmi səfərə gəlib
- 12.10.2026 [13:46]