İDMAN
Rumıniya mətbuatı: Bakıda keçirilən Formula-1 Avropa Qran-Prisi böyük uğurdur
Buxarest, 20 iyun, AZƏRTAC
Rumıniyanın nüfuzlu kütləvi informasiya vasitələri Azərbaycanda keçirilən Formula-1 Avropa Qran-prisini böyük uğur hesab edir. Yazılarda Azərbaycanın tarixində Bakıda ilk dəfə Formula-1 Avropa Qran-prisinin keçirilməsindən bəhs edilir, iştirakçıların müsahibələri, pilotların mübarizə apardığı Bakı trekindən ətraflı bəhs olunur.
“Automarket”, “Autostiri”, “Oricesport”, “Pitstop” onlayn avtoidman xəbər portalları, “Agerpres” milli xəbər agentliyi, “Romania Libera” qəzeti, “DİGİ sport” televiziya kanalı yarış haqqında operativ məlumatlar yayıb. Yazılarda oxucular qalib idmançılar barədə məlumatlandırılıb, yarışın yüksək səviyyədə keçirildiyi vurğulanıb.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest