Azərbaycan Dövlət İnformasiya Agentliyi

Rumıniyada Kamal Abdullanın yaradıcılığına həsr olunan beynəlxalq elmi konfrans keçirilib

Rumıniyada Kamal Abdullanın yaradıcılığına həsr olunan beynəlxalq elmi konfrans keçirilib

Bakı, 27 noyabr, AZƏRTAC

Rumıniyanın Yassı Dövlət Universiteti və Qazaxıstanın Lev Qumilyov adına Dövlət Universitetinin Rus filologiyası kafedrasının təşkilatçılığı ilə Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, Xalq yazıçısı, akademik Kamal Abdullanın yaradıcılığına həsr olunan onlayn elmi konfrans keçirilib.

ADU-dan AZƏRTAC-a bildirilib ki, “Kamal Abdullanın çoxşaxəli yaradıcılığı dünya ədəbiyyatı kontekstində” adlı konfransda Moskva Dövlət Pedaqoji Universiteti, Qazaxıstan Dövlət Universiteti, Kişineu Pedaqoji Universiteti, Tbilisi Dövlət Universiteti, Yassı Dövlət Universiteti və Ukrayna Sum Dövlət Universitetindən alimlər, tələbə, magistr və doktorantlar iştirak ediblər.

Yassı Dövlət Universitetinin dosenti, tanınmış tərcüməçi və ədəbiyyatşünas alim Lyudmila Bejenarunun moderatorluğu ilə keçirilən və Kamal Abdullanın 70 illik yubileyinə həsr olunan konfransda yazıçının yaradıcılığı bir neçə aspektdə təhlil olunub.

İngilis, rus və rumın dillərində təqdim olunan məruzələrdə müəllifin “Yarımçıq əlyazma”, “Sehrbazlar dərəsi” romanları, eləcə də “Kitabi-Dədə Qorqud” dastanının tədqiqinə həsr olunan elmi fəaliyyəti, poeziyası, dramaturgiya yaradıcılığı ətrafında fikir mübadiləsi aparılıb. Milli ədəbiyyat və mədəniyyətlərin müasir dialoqunun dünya mədəni məkanına inteqrasiyası haqqında danışan alimlər qloballaşma, millilik, ənənəvi modellərdən təcrid, Azərbaycan ədəbiyyatı və mədəniyyətinin zəngin və hələ də kifayət qədər yaxşı öyrənilməmiş mifopetik keçmişi haqqında maraqlı fikirlərini konfrans iştirakçıları ilə bölüşüblər. Məruzəçilər bildiriblər ki, Xalq yazıçısı Kamal Abdullanın yaradıcılığının əsasını Azərbaycan ədəbiyyatı və mədəniyyətinin zəngin keçmişi təşkil edir.

“Sehrbazlar dərəsi” romanının rumın dilinə tərcüməçisi olan L.Bejenaru əsərə ölkəsində olan maraqdan danışıb, romanın ideyası haqqında, cavab axtardığı suallar ətrafında məruzə ilə çıxış edib. O, yazıçının əsərlərinin türk, rus, ingilis, fransız, alman, gürcü, ispan, polyak, portuqal, italyan, Ukrayna, fin, ərəb, yapon, bolqar, qazax, qırğız və başqa dillərə tərcümə olunduğunu konfrans iştirakçılarının diqqətinə çatdırıb. Həmçinin Kamal Abdullanın pyeslərinin Azərbaycan, Gürcüstan, Estoniya teatrlarında səhnəyə qoyulduğunu qeyd edib, müəllifin “Ruh” və “Bir, iki, bizimki” pyesləri haqqında danışıb. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri kimi Kamal Abdullanın Azərbaycan multikulturalizminin dünyada təbliği istiqamətindən danışan tərcüməçi artıq 4-cü ildir ki, Yassı Dövlət Universitetində “Azərbaycan multikulturalizmi” fənninin uğurla tədris olunduğunu deyib. L.Bejenaru Xalq yazıçısı Kamal Abdullanı 70 illik yubileyi münasibətilə rumın oxucularının adından təbrik edib.

Konfransda Ukraynanın Sum Dövlət Universitetinin əməkdaşı Anastasiya Çasovski “Kamal Abdullanın yaradıcılığının müasir qavranması və təhlili” mövzusunda məruzə ilə çıxış edib. İngilis dilində təqdim olunan məruzədə Şərq mədəniyyəti, şaman-dərviş mədəniyyəti, bütün zamanlarda insanlığı düşündürən məhəbbət və nifrət, müharibə və sülh, qisas və bağışlama, səadət və ruhi sakitlik axtarışı ilə bağlı məsələlər təhlil olunub: “Görkəmli yazıçı Kamal Abdullanın “Sehrbazlar dərəsi” romanı mənə uşaq vaxtı oxuduğum və unuda bilmədiyim Şərq nağıllarının xoş təəssüratını bir daha xatırlatdı. Romanın fəlsəfi qatı, gizlin mətləblərə işıq tutma özəlliyi, insan psixologiyasının ən incə məqamlarını göstərmə məharəti onun ədəbi-bədii dəyərini daha da artırır”.

Rumıniyanın Yassı Dövlət Universitetinin alimi Liviya Kotorça “Yarımçıq əlyazma” romanını bədii və tarixi planda təhlil edib. O qeyd edib ki, romanda tarixlə ədəbiyyatın həm mükəmməl tandemini, həm də sintezini görürük. Əsərdə tarix və ədəbiyyatın sərhədləri itsə də, müəllif öz yüksək sənətkarlığı ilə oxucunu xüsusi bədii priyomlarla xəbərdar edir.

Daha sonra Moskva Dövlət Universitetinin alimi Oksana Kozlova “Kamal Abdullanın romanlarının tərcüməsi və rus mədəni mühitindəki yeri” mövzusunda məruzə ilə çıxış edib. O, yazıçının rus dilinə tərcümə olunan “Yarımçıq əlyazma”, “Sehrbazlar dərəsi”, “Unutmağa kimsə yox” romanlarına rus oxucusunun, eləcə də peşəkar və intellektual ədəbiyyat kəsiminin böyük marağından danışıb.

Kişineu Dövlət Universitetinin əməkdaşı Qabriela Topor, Gürcüstan Dövlət Universitetinin alimi İndina Caqana Xalq yazıçısı Kamal Abdullanın dilçilik, dramaturgiya, poeziya istiqamətindəki fəaliyyətini təhlil ediblər. Bildirilib ki, müəllif hər üç istiqamətdə böyük uğur qazanan əsərlər yaradıb. Onun əsərlərində fəlsəfəni, dünyanı və insanlığı maraqlandıran suallara cavab tapmaq olur.

Daha sonra Rumıniyanın Yassı Dövlət Universitetinin alimi Kristina Veskeuçanın “Sehrbazlar dərəsi - roman kainat” adlı məruzəsi dinlənilib. Alim 2019-cu ildə Buxarestdə keçirilən beynəlxalq kitab yarmarkasında “Sehrbazlar dərəsi” romanının təqdim olunduğunu xatırladıb. “Üç mindən çox müəllifin iştirak etdiyi kitab yarmarkasında 26 ildir ki, Azərbaycandan yeganə müəllif olaraq Kamal Abdullanın adı çəkilir. Məmnuniyyətlə deyə bilərəm ki, “Sehrbazlar dərəsi” romanına bizim universitetin tələbələrinin böyük marağı var. Ümumiyyətlə, dünyanın 20-yə yaxın dilə tərcümə olunması göstərir ki, Kamal Abdullanın yaradıcılığına təkcə öz ölkəsində yox, dünya ədəbi-intellektual müstəvisində də maraq böyükdür. Kamal Abdulla intellektual nəsrin, intellektual ədəbiyyatın görkəmli nümayəndəsi kimi öz ölkəsində və dünyada dilçi, ədəbiyyatşünas alim kimi də qiymətləndirilir”.

Daha sonra konfrans “Rumın tələbələrinin yazıçı Kamal Abdulla ilə dialoqu” adlı dəyirmi masa ilə davam edib. Dəyirmi masada yazıçı həyat və yaradıcılığı, ədəbi və mədəni məsələlərə münasibəti, müasir gəncləri düşündürən problemlər, Rumıniya və Azərbaycan münasibətləri, Azərbaycan multikulturalizmi, poeziya, dramaturgiya istiqamətində tələbələrin suallarını cavablandırıb. Onlayn görüşdə 2019-cu ildə Rumıniyanın Mərkəzi Kitabxanasında Kamal Abdullanın kitablarından ibarət keçirilən sərginin videoçarxı nümayiş olunub, Buxarestdə “Sehrbazlar dərəsi” romanının təqdimatında lentə alınan videomaterial göstərilib, müəllifin şeirləri tələbələrin ifasında Azərbaycan və rumın dillərində təqdim edilib.

Akademik Kamal Abdulla konfransın keçirilməsinə görə təşkilatçılara təşəkkürünü bildirib. O, çıxışında Azərbaycanın erməni işğalçıları üzərində qazandığı tarixi qələbəyə diqqət çəkib, ölkəmizdəki multikultural mühit haqqında məlumat verib.

Sonda Kamal Abdulla ədəbiyyatla peşəkar müstəvidə məşğul olan alimləri dinləməkdən, onlarla həmsöhbət olmaqdan, müzakirə aparmaqdan məmnun olduğunu deyib: “Konfransda çox gözəl, dərin, intellektual, eyni zamanda, çox səmimi çıxışlar oldu. Alimlər mənim yaradıcılığımı müxtəlif istiqamətlərdə təhlil etdilər. Hesab edirəm ki, bu, təkcə mənim yaradıcılığımdan bəhs edildiyi üçün yox, eyni zamanda, müqayisəli ədəbiyyat, mədəniyyətlərin bir-birinə inteqrasiyası baxımından da əhəmiyyətli, faydalı oldu. Mən bütün çıxışlarda peşəkarlıq hiss etdim. Gənc alimlərin, ədəbiyyatşünasların hazırlıqlı olduğunu gördüm. Bu, məni sevindirdi. Hesab edirəm ki, Azərbaycan Dillər Universiteti ilə Yassı Universiteti, eyni zamanda, Rusiya, Qazaxıstan, Gürcüstan, Moldova, Ukrayna universitetləri arasında gələcəkdə də sıx, intensiv əlaqələr olmalıdır”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ-nin sutkalıq neft hasilatı 14 milyon barelə çatır

Zaid Əl-Nəvayseh: “Deepfake” alətlərinin sürətlə inkişafı bu sahədə yeni çağırışlar meydana çıxarır

Azərbaycan avarçəkənləri Mingəçevir Reqatasını 22 medalla başa vurublar

Sofiyada nüvə energetikası, süni intellekt və kibertəhlükəsizliyə dair müzakirələr aparılır

Fələstinli səfir: Media etimadın möhkəmləndirilməsinə töhfə verə bilər

Vəkilliyə qəbul üzrə şifahi müsahibə mərhələsinin nəticələri məlum olub

Birləşmiş Ştatların neft ehtiyatları artır

Səadət Yusifova: “Azərbaycan irsi UNESCO siyahılarında” kitabı beynəlxalq auditoriya üçün istinad mənbəyidir

Sosial Xidmətlər Agentliyi: 2791 ahıl şəxsə evdə sosial xidmət göstərilir

Azərbaycan Basketbol Liqasında yeni maliyyələşdirmə modeli: Çempion 1,4 milyon manat mükafat qazanacaq

Hərbi ekspert: Azərbaycanın istehsal etdiyi silahlar bir çox ölkələrin ordularında uğurla istismar olunur

Pakistanın dövlət naziri: Media cəmiyyətlər arasında etimadın möhkəmləndirilməsində mühüm rol oynayır

Qazaxıstanda yaşlı əhalinin sayı 2,9 milyona yaxınlaşıb

Azərbaycanın rəqəmsal sosial müdafiə ekosistemi IESE platformasında işıqlandırılıb

Tbilisidə regionda ictimai nəqliyyatın inkişafı və şəhər nəqliyyatının təşkili məsələləri müzakirə edilib

Kobuljon Əhmədov: Media müasir dünyada dialoqun daha da möhkəmləndirilməsində vacib amildir

“Startup School 4” proqramının finalı - “Demo Day” baş tutacaq

BDU əməkdaşlarının üç layihəsi Azərbaycan Elm Fondunun əsas qrant müsabiqəsinin qalibi olub

Rumıniyada hökumət böhranı: Növbəti siyasi addımlar müzakirə olunur

Xəzər rayonunda 36 kiloqram narkotik vasitə aşkarlanıb

Seymur Fətəliyev: Azərbaycan irsi haqqında nəşrlərin ispan dilində hazırlanması böyük əhəmiyyət daşıyır

Türkiyədə 216 muzey və qoruq rəqəmsallaşdırılır

Vaqif Sadıqov: Ayxan Abbasov tək bu günü düşünmür, həm də gələcəyin komandasını qurur

Baş katib: TDT-yə üzv dövlətlərin müdafiə sənayesi sahəsində əməkdaşlıq etməsi xüsusi əhəmiyyət daşıyır

Analitiklər: Razılaşma olmasa, neftin qiyməti yüksək həddə qalacaq

Elman Abdullayev: “Azərbaycan irsi UNESCO siyahılarında” kitabı bələdçi rolunu oynayır.

Tbilisidə Orta Dəhlizlə bağlı müzakirələr aparılır

“Reuters”: Efiopiyanın paytaxtında partlayış səsləri eşidilib

Azərbaycanın müharibədən sonra geosiyasət quruculuğu - TƏHLİL

Nazir: Məqsədimiz regional ticarət dövriyyəsini 20 milyard dollara çatdırmaqdır

Gəncənin əsrlərə şahidlik edən Xan bağı VİDEO

Gəncənin əsrlərə şahidlik edən Xan bağı VİDEO

Ahıllar və müharibə ilə əlaqədar əlilliyi olan şəxslər arasında futbol matçı keçirilib

Dövlət Komitəsinin sədri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyəcək

Yunanıstan mediası: Azərbaycanla enerji əməkdaşlığının genişləndirilməsi diqqət mərkəzindədir

Agentlik: Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində hazırda 210 nəfər yaşayır

Naxçıvanda 142 ümumtəhsil məktəbində 179 məktəbəhazırlıq qrupu fəaliyyətə başlayıb - FOTOLAR

Mingəçevir Reqatası: Azərbaycan avarçəkənləri daha 5 medal qazanıblar

Səfəvilərdən bu günə: Ağbil türbələri VİDEO

Səfəvilərdən bu günə: Ağbil türbələri VİDEO

“TEXNOFEST” festivalında məsafədən minatəmizləmə üzrə yerli sistemlər və robotlar təqdim edilib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 1 oktyabr

Bakıda “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda Media Forumu keçirilir YENİLƏNİB 2

İdman tarixində bu gün: Pele futbolçu karyerasını başa vurub

Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi bu gündən fəaliyyətə başlayıb

Oktyabrın 6-10-da Drakonid meteor yağışı müşahidə ediləcək

Sabiq nazir: Cənubi Qafqazın üç ölkəsi rəqabətqabiliyyətli sahələri müəyyənləşdirməlidir

ADEX Azərbaycanın müdafiə sənayesinin imkanlarını nümayiş etdirən strateji platformadır ŞƏRH

“Azərbaycan irsi UNESCO siyahılarında” – yeni nəşr

® Azərbaycan ilə Mərkəzi Baltik regionu arasında iqtisadi əməkdaşlığın yeni istiqamətləri “AZEXIM FORUM”da müzakirə olunub

Misirdə Roma dövrünə aid piramida formalı sərdabə tapılıb

Mərkəzi Elmi Kitabxanada Mustafa Şabanovun kitabları təqdim edilib

Baş Prokurorluq Kürdəmirdə baş verən zəhərlənmə hadisəsi ilə bağlı araşdırmanın aparıldığını açıqlayıb – YENİLƏNİB 3 VİDEO

Baş Prokurorluq Kürdəmirdə baş verən zəhərlənmə hadisəsi ilə bağlı araşdırmanın aparıldığını açıqlayıb – YENİLƏNİB 3 VİDEO

Fərid Şəfiyev: Orta Dəhlizlə yanaşı, digər yeni bağlantıların formalaşması regionun tranzit əhəmiyyətini artırır

Fransada mer mübahisəli nikah qərarına görə 7500 avro cərimələnə bilər

Hattap Soysal: Müasir avadanlıq tələbələrimizin praktiki biliklərini artırır VİDEO

Hattap Soysal: Müasir avadanlıq tələbələrimizin praktiki biliklərini artırır VİDEO

İsveçrədə quraqlıq nəticəsində Qədim Roma dövrünə aid xarabalıqlar üzə çıxıb

İcbari Sığorta Bürosu: VÖEN məlumatlarının əldə edilməsi üzrə bəzi xidmətlər müvəqqəti əlçatmaz ola bilər

Mehmet Tülek: Gələcəkdə baytarlıq cərrahiyyəsi sahəsində ixtisaslaşmaq istəyirəm VİDEO

Mehmet Tülek: Gələcəkdə baytarlıq cərrahiyyəsi sahəsində ixtisaslaşmaq istəyirəm VİDEO

Sədaqət Qəhrəmanova: Qadınların rəqəmsal mühitdə imkanlarının genişləndirilməsi vacibdir

Azərbaycan klubu amerikalı basketbolçunu heyətinə qatıb

Ötən gün 56 cinayətin açılması təmin olunub

Şərurun bəzi kəndlərində elektrik enerjisinin verilişi dayandırılacaq

Neft Fondu “Brookfield” ilə investisiya imkanlarının araşdırılması üzrə strateji tərəfdaşlığa başlayır

Prezident: Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk

Xəzər Universitetinin tələbəsi: Heyvanlara marağım baytarlıq ixtisasını seçməyim üçün əsas amil oldu VİDEO

Xəzər Universitetinin tələbəsi: Heyvanlara marağım baytarlıq ixtisasını seçməyim üçün əsas amil oldu VİDEO

Fərhad Məmmədov: Geosiyasi güc mərkəzləri artıq bir-biri ilə toqquşur

Türk mütəxəssis: Azərbaycan bizim vətənimizdir, təcrübəmi buradakı voleybolçulara ötürmək istəyirəm - MÜSAHİBƏ

Gəncədə antisanitar şəraitdə dönər əti hazırlayan emal sexi aşkarlanıb

Mehmet Daniş: Etimad mühitinin yaradılmasında medianın məsuliyyəti ön plandadır

Səudiyyə Ərəbistanının vəliəhdi: Krallıq bütün təhdidlərə qətiyyətlə cavab verəcək

Dekan: Baytarlıq sahəsində əsas problem kadr çatışmazlığıdır VİDEO

Dekan: Baytarlıq sahəsində əsas problem kadr çatışmazlığıdır VİDEO

Sodyq Safoev: Mərkəzi Asiya regionu dünyada baş verən əsas proseslərin təsiri altındadır

Çin Xalq Respublikasının Sədri Zati-aliləri cənab Si Cinpinə

Beynəlxalq axtarışda olan şəxs Polşada tutularaq Azərbaycana ekstradisiya edilib

Azərbaycan “SpaceXAI” ilə süni intellekt sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıb

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

“Turan Tovuz” – “Fənərbağça” oyununa 20 mindən çox bilet satılıb

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

“ADEX 2026” sərgisində AzTU-nun innovativ layihələri nümayiş olunur

Türk nümayəndə: Azərbaycanın qazandığı Zəfərin ölkəmizin müdafiə sənayesində yeni texnologiyaların inkişafına böyük töhfəsi olub

Xələf Xələfov: Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır

Kayrat Sarıbay: Media Forumu AQEM-in təşəbbüslərini daha geniş auditoriyaya çatdırmaq üçün əla imkandır

Rəqəmsal platformada insan resurslarının kompleks idarə olunması üçün intellektual sistem təqdim olunub

Türkiyə şirkətinin baş direktoru: “Havelsan” 400-dən çox simulyator növü istehsal edir

“Spotify” və “TikTok” Azərbaycanda vergi uçotuna alınıb

Haluk Görgün: Azərbaycanın müdafiə sənayesinin inkişaf səviyyəsi sərgidə çox yaxşı nümayiş etdirilir

Ekspert: Orta Dəhliz dövlətlə yanaşı, özəl sektora da gəlir gətirir

Türkiyənin Ali Təhsil Şurasının sədri Türkiyə–Azərbaycan Universitetində olub

Mikayıl Cabbarov: Biz üzərimizə götürdüyümüz öhdəlikləri yerinə yetiririk VİDEO

Mikayıl Cabbarov: Biz üzərimizə götürdüyümüz öhdəlikləri yerinə yetiririk VİDEO

Baş katib: Azərbaycan-AQEM əməkdaşlığı media sahəsində dialoqun inkişafına töhfə verir

® “Bank of Baku”da hüquqi şəxslərə özəl depozit – 11 faizədək gəlir!

Mikayıl Cabbarov: Biz öhdəlikləri real istehsala çevirməyə çalışırıq VİDEO

Mikayıl Cabbarov: Biz öhdəlikləri real istehsala çevirməyə çalışırıq VİDEO

Prezident: Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir

Azərbaycan Prezidenti: Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir

Fövqəladə Hallar Nazirliyi elektrikdoldurma qurğularının təhlükəsiz istismarı ilə bağlı əhaliyə müraciət edib

Prezident İlham Əliyev: AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir

Prezident: AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

AQEM Media Forumunun iştirakçılarına

Qızıl və gümüş bahalaşıb VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO