Rumıniyada kütləvi etiraz aksiyaları keçirilib
Buxarest, 4 mart, AZƏRTAC
Rumıniyanın bir çox şəhərlərində kütləvi etiraz aksiyaları keçirilib.
AZƏRTAC xəbər verir ki, etirazçılar ədliyyə naziri Tudorel Toaderin istefasını tələb edərək Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin sabiq sədri Laura Kodrutsa Koveşini dəstəkləyirlər.
Etirazçılar “İstefa”, “Koveşi ölkə sənin tərəfindədir”, “Rumıniya - Avropa ölkəsidir” şüarlarını səsləndiriblər. Aksiyaya tanınmış rejissorlar, teatr aktyorları qoşulublar. Qeyd edək ki, əsas səbəb kimi, ədliyyə naziri Tudorel Toaderin Laura Kodrutsa Koveşinin Avropa prokuroru vəzifəsinə təyin edilməsini müxtəlif vasitələrlə mane olması göstərilir.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest