Rusiya Banklar Assosiasiyasının prezidenti vəfat edib
Bakı, 10 mart, AZƏRTAC
Rusiya Banklar Assosiasiyasının prezidenti, Rusiya Bankı sədrinin sabiq birinci müavini Georgi Luntovski 74 yaşında vəfat edib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə məlumatı Assosiasiya Şurasının sədri, Dövlət Dumasının maliyyə bazarı komitəsinin sədri Anatoli Aksakov təsdiqləyib.
Rusiya Bankının saytında qeyd olunduğu kimi, Georgi Luntovski öz vəzifəsində Mərkəzi Bankın ərazi qurumlarının işinə rəhbərlik edib və uzun illər Rusiyanın nağd pul dövriyyəsinin tənzimlənməsi və təkmilləşdirilməsi məsələləri ilə məşğul olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [19:36]
BMT-nin Baş katibi: İqlim təhlükələri realdır, lakin ümid də var
- 22.09.2026 [19:17]
İran Prezidentinin təyyarəsi Əlcəzairdə texniki eniş edib
- 22.09.2026 [19:15]
ABŞ Prezidenti: Ukrayna müharibəsi düşündüyümüzdən daha tez başa çatacaq
- 22.09.2026 [19:06]