Rusiya-Gürcüstan sərhədindən Türkiyə yük maşınları növbəsiz buraxılacaq
Moskva, 11 fevral, AZƏRTAC
Rusiya və Gürcüstan sərhədindəki “Yuxarı Lars” keçid məntəqəsindən Türkiyə yük maşınları növbəsiz buraxılacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Şimali Osetiya Respublikasının başçısı Sergey Menyaylo məlumat verib.
O bildirib ki, Türkiyədə dağıdıcı zəlzələ ilə əlaqədar respublikanın rəhbərliyi Türkiyə yük maşınlarının sərhəddən növbəsiz buraxılması barədə qərar qəbul edib.
Şimali Osetiya Yol Hərəkətinin Təşkili Mərkəzinin məlumatına görə, hazırda “Yuxarı Lars” keçid məntəqəsində olan 2300 avtomobilin 20 faizi Türkiyəyə gedir. Onlar üçün ayrıca dəhliz yaradılacaq.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [18:36]
Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır
- 12.10.2026 [18:18]
Vyetnam tərəfi Orta Dəhliz üzrə əməkdaşlıq məsələlərini nəzərdən keçirəcək
- 12.10.2026 [15:48]