RUSİYA İLƏ ELEKTRİK ENERJİSİ MÜBADİLƏSİ SABİT HƏYATA KEÇİRİLİR
“Azərenerji” SC-nin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, gündüzlər “Dərbənd” (330 kVt) və “Yalama” (110 kVt) yüksəkgərginlikli elektrik xətləri ilə Rusiyadan Azərbaycana 3-4 milyon kilovatt-saat, gecələr isə əks istiqamətdə 1 milyon kilovatt-saatadək elektrik enerjisi ötürülür.
Yanvar ayı ərzində Azərbaycan Rusiyadan 143 milyon 353 min kilovatt-saat, Rusiya isə Azərbaycandan 30 milyon 6 min kilovatt-saat elektrik enerjisi almışdır.