RUSİYA MƏŞQÇİLƏRİ AZƏRBAYCAN GİMNASTLARINA YENİ TƏMRİNLƏR VERƏCƏKLƏR
Respublika Gimnastika Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, bunlar dünya çempionatında yaşlıların proqramında 5 iplə (5 lent əvəzinə) və yeniyetmələrin Avropa birinciliyində 5 cüt gürzlə (5 top əvəzinə) təmrinlər olacaqdır.
Qeyd edək ki, İ.Bıstrova Azərbaycan komandasını Bakıda keçirilən Dünya çempionatında 8-ci yerə çıxardıqdan sonra bu yaxınlarda Rusiya yığmasının baş məşqçisi vəzifəsinə təyin olunmuşdur. Bununla belə, o, Azərbaycanın dünyanın yeni reytinq cədvəlində heç də axırıncı mövqeyi tutmayan qrup kollektivinə bundan sonra da məsləhətlər vermək istədiyini bildirmişdir. Belə ki, qrupumuz 5 lentlə təmrində 20 xalla 999-cü yerdən 12-ci, 3 halqa və 2 gürzlə təmrində isə 3 reytinq xalı toplayaraq, 20-ci yerə çıxmışdır. Birinci yeri isə dünya çempionları – Bolqarıstan və İtaliya komandaları bölüşürlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [17:50]
Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır - FOTOLAR
- 08.10.2026 [16:46]
“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarılıb
- 08.10.2026 [16:43]
Azərbaycan Kubokunda daha üç oyun keçirilib
- 08.10.2026 [16:12]
MOK rəsmiləri Xorvatiyada Olimpiya Həmrəyliyi Forumunda iştirak edəcəklər
- 08.10.2026 [15:33]
Azərbaycan Premyer Liqasında VII turun hakim təyinatları açıqlanıb
- 08.10.2026 [15:12]