Rusiya Türkiyəyə yeni səfir təyin edəcək
Moskva, 2 iyun, AZƏRTAC
Rusiya Türkiyəyə yeni səfir təyin etməyi planlaşdırır.
AZƏRTAC “Kommersant” qəzetinə istinadla xəbər verir ki, bu vəzifəyə xarici işlər nazirinin müavini Sergey Verşinin təyin ediləcək.
Nəşrin məlumatına görə, bu xəbəri üç mənbə təsdiqləyib. S.Verşinin 2018-ci ilin mart ayından xarici işlər nazirinin müavini vəzifəsini tuturdu. Bundan əvvəl o, Yaxın Şərq və Şimali Afrika Departamentinə rəhbərlik edib, eyni zamanda, xarici siyasət idarəsinin rəhbərinin Yaxın Şərq nizamlanması üzrə xüsusi nümayəndəsi olub. Diplomat bu vəzifədə “Yaxın Şərq dördlüyü” (Rusiya, ABŞ, Aİ və BMT) danışıqlarında Rusiyanı təmsil edib.
Verşinin 2013-cü ildən Suriya nizamlanmasında fəal iştirak edib və beynəlxalq formatlarda təmsil olunub. O, Vyanada Suriya müxalifətinin nümayəndələri ilə görüşlərdə də iştirak edib. S.Verşinin 2017-ci ildən bu vəzifədə çalışan Rusiyanın Türkiyədəki səfiri Aleksey Yerxovu əvəz edəcək.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.06.2026 [21:49]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [15:14]
Sabah Ermənistanda parlament seçkiləri keçiriləcək
- 06.06.2026 [15:06]
Ukrayna dronları Rusiya Hərbi Dəniz Qüvvələrinin bazasına zərbə endirib
Bu saata olan əsas xəbərlər
- [20:00]
Sabahın hava proqnozu açıqlanıb
- [13:04]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Aşqabadda Səməd Vurğun sorağı
- [10:48]
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
- 05.06.2026 [23:59]
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
- 05.06.2026 [23:06]