RUSİYA VƏ AZƏRBAYCAN PARLAMENTLƏRİ ARASINDA MÜNASİBƏTLƏRİN DAHA DA GENİŞLƏNDİRİLMƏSİ ÜÇÜN GENİŞ İMKANLAR VARDIR
Görüşlərdə iki ölkə arasında qarşılıqlı münasibətlərin daha da inkişafı, genişlənməsi üçün indiyədək istifadə edilməmiş imkanların olduğu da vurğulanmış, qonşu ölkədə yaşayan həmvətənlərimizi narahat edən bəzi məsələlər haqqında, habelə yük daşınmaları, gediş-gəliş, ticarət əlaqələri, Xəzərin ekoloji problemləri, yanacaq-energetika sahəsində birgə layihələrin perspektivləri barədə məsələlərə diqqətlə yanaşılmış, problemlərin aradan qaldırılması üçün qanunverici orqanların üzərinə düşən vəzifələrin öyrənilməsinin, müvafiq hüquqi sənədlərin hazırlanmasının zəruriliyi diqqətə çatdırılmışdır. Parlamentlər arasında daimi işgüzar əlaqələrin daha da möhkəmlənməsi üçün heç bir siyasi maneənin olmadığı, əksinə, dövlət rəhbərləri arasında getdikcə dərinləşən mehriban münasibətlərin parlamentlərin əməkdaşlığının da inkişafı üçün əsas olduğu bildirilmişdir. Belə görüşlərin tez-tez keçirilməsinin, qarşılıqlı səfərlərin artırılmasının vacibliyi və əhəmiyyəti xüsusi vurğulanmışdır.