RUSİYA VƏ ÇİN İRANA QARŞI MÜHARİBƏ ÜÇÜN BƏHANƏ OLAN QƏTNAMƏNİ DƏSTƏKLƏMƏYƏCƏKLƏR
Onun sözlərinə görə, İranın nüvə proqramı ilə bağlı münaqişənin həllinə “İranı küncə qısmaq vasitəsilə deyil, onu nüvə probleminə dair diskussiyaya cəlb etmək vasitəsilə” nail olmaq lazımdır.
RF XİN-in başçısı İranın Beynəlxalq Atom Enerjisi Agentliyi ilə taməhatəli əməkdaşlıq etməməsindən narahat olduğunu da söyləmişdir. O, ümidvar olduğunu bildirmişdir ki, İran beynəlxalq inspektorların bütün suallarına yaxın vaxtlarda cavab verəcəkdir.
Xatırladaq ki, ABŞ, Böyük Britaniya, Fransa və Almaniyanın BMT Təhlükəsizlik Şurasının qətnaməsi üçün hazırladıqları layihədə BMT Xartiyasının yeddinci fəslinə istinad edilir. Həmin fəsildə beynəlxalq təhlükəsizliyə qorxu törədən ölkələrə qarşı qadağalar tətbiq edilməsinə və hərbi güc işlədilməsinə yol verilir.
Qətnamənin layihəsi mayın əvvəllərində BMT Təhlükəsizlik Şurasına təqdim edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [15:48]
Fransada şagird məktəb direktorunu və müəllimi güllələyib
- 12.10.2026 [15:20]
Aİ Rusiyada 1600-dək fiziki və hüquqi şəxsə əlavə sanksiyalar tətbiq edib
- 12.10.2026 [14:25]
“Yandex”in data mərkəzlərinin bərpası bir neçə ay çəkə bilər
- 12.10.2026 [13:18]