Rusiya xarici bazarlara gündəlik neft tədarükünü 300 min barel azaltmağa başlayır
Bakı, 1 sentyabr, AZƏRTAC
Rusiya OPEC+ çərçivəsində xarici bazarlara neft tədarükünü sentyabr ayında gündəlik 300 min barel azaltmaq üzrə könüllü öhdəliklərini yerinə yetirməyə başlayıb.
AZƏRTAC TASS-a istinadla xəbər verir ki, hələ mart ayında Rusiya neft hasilatını könüllü olaraq fevral ayı ilə müqayisədə gündəlik 500 min barel azaltmağa başlamışdı. Bu azaldılmanın qüvvədə olma müddəti bir neçə dəfə - əvvəlcə iyun ayına qədər, sonra isə 2023-cü ilin sonuna qədər uzadılıb. İyunun 4-də Vyanada baş tutan OPEC+ görüşündən sonra isə hasilatın könüllü azaldılması qərarı 2024-cü ilin sonuna qədər uzadılıb.
Rusiya Baş nazirinin müavini Aleksandr Novak Rusiyanın OPEC+ ölkələri ilə Rusiya neftinin xarici bazarlara tədarükünün azaldılması üçün yeni parametrlər barədə razılığa gəldiyini, onların gələn həftə açıqlanacağını bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [16:50]
Məsud Pezeşkian: İran danışıqlar masasından geri çəkilməyib
- 08.06.2026 [16:36]
Britaniya dövlət borcunun artım tempinə görə dünyada ikinci yerdədir
- 08.06.2026 [16:14]
Avropa İttifaqı İrana qarşı yeni sanksiya tətbiq edib
- 08.06.2026 [16:02]
İraq hava məkanını uçuşlar üçün yenidən açıb
- 08.06.2026 [16:00]
Papa XIV Leo: Dünya dərin mənəvi və mədəni böhran yaşayır
- 08.06.2026 [15:58]
İran İsrailə qarşı hərbi əməliyyatların dayandırıldığını açıqlayıb
- 08.06.2026 [15:05]