Rusiyada 40 dəqiqə ərzində cavabı çıxan koronavirus ekspress-testi hazırlanıb
Moskva, 6 aprel, AZƏRTAC
Rusiyanın “Generium” şirkəti koronavirusun aşkar edilməsi üçün ölkədə ilk ekspress-test hazırlayıb.
AZƏRTAC xəbər verir ki, test Rusiya Federal Səhiyyə Sahəsinə Nəzarət Agentliyində qeydiyyatdan keçib. Yeni test 40 dəqiqə ərzində 94 faiz dəqiqliklə insanda koronavirusun olub-olmamasını müəyyən edir.
Bundan əlavə, aprelin 6-dan Rusiyada ev şəraitində test sifariş verilməsi xidməti fəaliyyətə başlayır. Yeni servis testdən keçmək istəyən hər kəsə koronavirusa yoluxub-yoluxmadığını müəyyən etmək imkanı verir. Xidmətlər pulludur. Rusiya Molekulyar Diaqnostika Mərkəzinin əməkdaşları sifarişçinin evinə gələrək, diaqnoz dəstini ona verir, sifarişçi biomaterialı özü götürərək mərkəzin əməkdaşına qaytarır. Testin nəticələri 1-2 gün ərzində elektron poçta göndərilir.
Qeyd edək ki, aprelin 5-nə olan məlumata görə, Rusiyada 5 389 koronavirusa yoluxma faktı qeydə alınıb. Moskvada 3 893 nəfərdə bu infeksiya aşkar edilib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [15:32]
Avropanın müdafiə sənayesində əməkdaşlıq böhranı dərinləşir
- 15.06.2026 [15:23]
Türkiyənin və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub
- 15.06.2026 [15:08]
Çindən gətirilmiş təhlükəli məhsullar məhv edilib
- 15.06.2026 [15:01]
G7 sammiti ərəfəsində hadisə: bir jandarm həlak olub, iki nəfər yaralanıb
- 15.06.2026 [14:37]
Türkiyənin XİN başçısı sabah Rusiyaya səfər edəcək
- 15.06.2026 [14:29]
Belçika Hörmüz boğazının tezliklə yenidən açılacağına ümid edir
- 15.06.2026 [12:21]