İDMAN
RUSİYADA “AZƏRBAYCAN İLİ” MÜNASİBƏTİLƏ GÜLƏŞ TURNİRİ KEÇİRİLƏCƏKDİR
Bu münasibətlə dekabrın 8-11-də Moskvada yunan-Roma güləşi üzrə keçiriləcək beynəlxalq festivalda Azərbaycanın idman şərəfini məşqçi Rəşad Rəşidovun rəhbərliyi ilə 8 nəfərdən ibarət milli yığma komanda qoruyacaqdır. Yığmanın heyətində Xurşid Babaşov (42 kq), Mirəli Şıxəliyev (46 kq), Elçin Əliyev (50 kq), Rasim Həsənov (54 kq), Arzu Vəliyev (58 kq), Rüstəm Əliyev (63 kq), Şəhriyar Məmmədov (76 kq) və Səbuhi Hümbətov (85 kq) təmsil olunurlar.
Xatırladaq ki, iki həftə öncə Dərbənd şəhərində keçirilmiş sərbəst güləş üzrə beynəlxalq festivalda yığma komandamız birinci yer tutmuşdu.