Rusiyada Xalq Birliyi Günü qeyd olunur
Moskva, 4 noyabr (AZƏRTAC). Noyabrın 4-də Rusiya Federasiyasında 1612-ci ildə Moskvanın Polşa işğalçılarından azad edilməsi - Xalq Birliyi Günü dövlət bayramı kimi qeyd olunur.
Rusiyada 2005-ci ildə təsis edilmiş bu bayram sovet hakimiyyəti illərində SSRİ məkanında noyabrın 7-də qeyd olunan Oktyabr inqilabının qələbəsi gününü əvəz edir. Rusiya tarixçiləri 1584-cü ildə çar İvan Qroznının ölümündən sonra və 1613-cü ildə Romanovlar sülaləsi taxt-taca sahib olanadək olan dövrü “çətinliklər dövrü” kimi səciyyələndirirlər. Təxminən 30 il ərzində vahid Moskva dövləti parçalanmış və Polşa knyazlarının nəzarəti altına keçmişdir. 1612-ci ildə Novqorod knyazı Dmitri Pojarskinin və onun köməkçisi Kuzma Mininin rəhbərliyi ilə xalq qoşunları Moskvanı polyaklardan azad etmişlər.
Noyabrın 4-də səhər Rusiya Prezidenti Vladimir Putin, Bütün Rusiyanın patriarxı Kirill və müxtəlif konfessiyaların başçıları Pojarski və Mininin Qırmızı meydandakı abidəsi önünə əklillər qoymuşlar. Dövlət Kreml Sarayında “Biz birlikdəyik” forum-konserti keçirilmişdir.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [23:43]
CNN: ABŞ Hörmüz boğazı üzərində nəzarəti faktiki olaraq İrana verib
- 16.06.2026 [22:48]
Almaniya dronlardan müdafiəyə 16 milyard avro sərmayə yatıracaq
- 16.06.2026 [22:27]
FTB Ağ Ev yaxınlığında planlaşdırılan terror hücumlarının qarşısını alıb
- 16.06.2026 [21:40]
NATO hava hücumundan müdafiə sistemini İtaliyadan Türkiyəyə köçürəcək
- 16.06.2026 [21:30]