Rusiyanın 14 şəhərində Qələbə tədbirləri ləğv olunub
Moskva, 16 iyun, AZƏRTAC
Rusiyanın 14 şəhərində Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi münasibətilə keçirilməsi nəzərdə tutulmuş bayram tədbirləri ləğv olunub.
AZƏRTAC xəbər verir ki, koronavirus pandemiyası ilə əlaqədar Rusiyanın 14 şəhərində epidemioloji vəziyyət ağır olduğu üçün Qələbə paradları və yürüşləri ləğv edilib. Belə ki, Pskov, Voloqda, Yaroslavl, Oryol, Kursk, Perm və digər şəhərlərdə epidemioloji vəziyyət mürəkkəb olaraq qalır. Bu səbəbdən həmin regionların rəhbərləri Qələbə tədbirlərini keçirməməyi qərara alıblar.
Bir müddət əvvəl Rusiyanın Müdafiə naziri Sergey Şoyqu bildirmişdi ki, iyunun 24-də Rusiyanın 9 Qəhrəman şəhərində, eləcə də Silahlı Qüvvələrin qərargahları, hərbi dairələri, donanmaları və birlikləri yerləşən daha 19 şəhərdə paradlar təşkil olunacaq.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [20:09]
Moskva vilayətinə PUA hücumu nəticəsində bir nəfər ölüb
- 08.10.2026 [18:52]
Böyük Britaniyanın Baş naziri Almaniyada səfərdədir
- 08.10.2026 [18:49]
NASA-nın “Crew-12” heyəti 237 günlük kosmik missiyadan sonra Yerə qayıdır
- 08.10.2026 [17:43]
Çin səhiyyə nazirini ÜST rəhbəri vəzifəsinə namizəd göstərib
- 08.10.2026 [17:15]
Qazaxıstanda iki süni intellekt mərkəzi yaradılacaq
- 08.10.2026 [17:11]
Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib
- 08.10.2026 [17:03]