Rusiyanın Aİ-də 207 milyard avro suveren aktivləri dondurulub
Bakı, 3 iyul, AZƏRTAC
Ukrayna müharibəsi başlayandan bəri Avropa İttifaqı ölkələri tərəfindən Rusiyanın dondurulan suveren aktivlərinin həcmi hazırda 207 milyard avrodur.
AZƏRTAC xəbər verir ki, bu rəqəmi ədliyyə məsələləri üzrə Avropa komissarı Didye Reynders Haaqa şəhərində keçirilən mətbuat konfransında açıqlayıb.
“Avropa Komissiyasında Moskvaya məxsus, o cümlədən Rusiya Mərkəzi Bankının Aİ ölkələrində dondurulan 207 milyard avroluq aktivinin Ukraynanın bərpasında istifadə imkanları müzakirə edilir”, - deyə siyasətçi bildirib. Onun sözlərinə görə, Avropa Komissiyası bu yolla ildə 3 milyard avro əldə etməyi planlaşdırır.
Didye Reynders Avropa Komissiyasında Rusiyaya məxsus aktivlərin dondurulması, yenidən investisiya qoyuluşu və mümkün müsadirə imkanlarının axtarışı üzrə işlərə nəzarət edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [11:40]
İran Hörmüz boğazının açılması ilə bağlı ABŞ-dən cavab gözləyir
- 29.09.2026 [11:33]
Türkiyənin yerli smartfonu gələn il satışa çıxarılacaq
- 29.09.2026 [11:10]
Rusiyanın Yaroslav vilayətində matəm günü elan edilib
Bu saata olan əsas xəbərlər
- [12:01]
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]
Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub
- 28.09.2026 [23:56]
Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb
- 28.09.2026 [23:04]
Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
- 28.09.2026 [22:45]