Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Ruukki Construction” Azərbaycana yeni “Life sandwich” panellərini ixrac etmək niyyətindədir

“Ruukki Construction” Azərbaycana yeni “Life sandwich” panellərini ixrac etmək niyyətindədir

Bakı, 28 dekabr, AZƏRTAC

Finlandiyanın “Ruukki Construction” şirkəti dünyada yüksək keyfiyyətli polad məhsulları, innovativ xarakterli yenilikləri və tikinti sahəsində enerji səmərəliliyini qorumağa imkan verən məhsulları ilə tanınır. Şirkətin Qafqaz və Orta Asiya ölkələrindəki inkişaf strategiyasının nədən ibarət olduğu, şirkətin Azərbaycan bazarının potensialını necə dəyərləndirdiyi və digər məsələlərlə bağlı “Ruukki Construction” şirkətinin komponentlərin satışı və ixracat satışı üzrə direktoru Roman Senatorov AZƏRTAC-ın suallarını cavablandırıb. AZƏRTAC həmin müsahibəni təqdim edir.

- “Ruukki Construction” şirkəti Azərbaycan bazarının potensialını necə qiymətləndirir?

- Sənayenin inkişafı bu gün üçün Azərbaycanın sosial-iqtisadi siyasətinin əsas prioritet istiqamətlərindən biridir. Azərbaycan dövlətinin ölkəni güclü sənaye mərkəzinə çevirmək üçün apardığı siyasət nəticəsində bu bazarın potensial imkanları böyükdür. Azərbaycanda bu gün müasir texnologiyalardan və avadanlıqlardan istifadə edən orta və iri müəssisələr açılır, sənaye məhsullarının istehsalı sürətlənir, iqtisadiyyatın neft-kimya və neft-qaz sektorlarında işlər aparılır. Bütün bu göstəricilər Azərbaycan bazarını ixracatçılar və istehsalçılar üçün daha da cəlbedici edir. Deyə bilərəm ki, “Ruukki Construction” şirkəti Azərbaycan bazarının potensialını çox yüksək qiymətləndirir. Şirkət Azərbaycan bazarına çıxmaqda maraqlıdır.

- “Ruukki Construction” Qafqaz və Mərkəzi Asiya ölkələrində hansı istiqamətləri inkişaf etdirir?

- Şirkətimiz metal konstruksiyalardan hazırlanan sənaye və istehsalat binalarının layihələşdirilməsində, istehsalında böyük təcrübəyə malikdir. 2008-ci ildən etibarən şirkətin Qazaxıstanda nümayəndəliyi açılıb, şirkət Mərkəzi Asiya ölkələrinə göndərilən məhsul çeşidlərini genişləndirib. Hazırda şirkət həmin regionlara dəmir karkaslar, sendviç panelləri, hasarlar, binaların üzlənməsi üzrə sistemlər və dam örtüyü məhsullarını göndərir. Dam örtüyü üçün materiallar sexlərin, anbarların, sənaye və kənd təsərrüfatı təyinatlı anqarların tikintisində istifadə olunur. Şirkət bu istiqamətdə əməkdaşlığı davam etdirir, təklif etdiyi məhsulların çeşidlərini artırır. Qlobal iqtisadi böhrandan, iqtisadi turbulentlikdən və bazarın konyunkturasından asılı olmayaraq Qafqaz və Mərkəzi Asiya bazarındakı satışlarımız sabitdir. Bir sıra istiqamətlər üzrə, xüsusilə də “Ruukki Construction” şirkəti iri sifarişçilərlə əməkdaşlığı sahəsində müsbət töhfələrini verməkdədir. Bu il bizim şirkət həmin ölkələrdə 8 layihə həyata keçirib. Şirkətimizin ekstremal iqlim şəraitində, o cümlədən seysmik cəhətdən fəal zonalarda tikinti işlərinin aparılması üzrə geniş beynəlxalq təcrübəsi var. Buna görə də şirkətimiz Azərbaycan, Qazaxıstan, Özbəkistan və Qırğızıstandan olan sifarişçilərin etibarını qazana bilib.

- Şirkətiniz Azərbaycanda reallaşdırılan infrastruktur layihələrini necə qiymətləndirir və ölkəmizdə hansı layihələri həyata keçirib?

- Son illər ərzində Azərbaycan dinamik inkişaf edən və müasir infrastruktura malik ölkəyə çevrilib. Biz Azərbaycanın tikinti bazarı ilə fəal işləyirik. İşgüzar və dostluq münasibətlərimiz 2009-cu ildə başlayıb və bu günədək davam edir. Bizim artıq Bakıda anbarların, hasarların və anqarların tikintisi üzrə təcrübəmiz var. Bizim üçün Azərbaycanda həyata keçirdiyimiz ən maraqlı və əhəmiyyətli layihələr sırasında ölçüləri 56х140х19 metr olan yağ emalı sexinin, ölçüləri 21х60х4,2 metr olan polimer istehsalı üzrə sexin və 160х60х6 metr ölçüləri olan konserv zavodunun tikintisini qeyd etmək istəyirəm. Bu gün biz iribuynuzlu mal-qara üçün ümumi sahəsi 45 min kvadratmetrdən çox olan bina kompleksinin tikintisi üçün avadanlıq ixrac edirik. Gələn il bu böyük layihənin davam etdirilməsi üçün lazımi məhsulların çatdırılması və quraşdırılması üzrə ikinci mərhələni həyata keçirəcəyik. Şirkətin məhsulları Azərbaycanın müxtəlif regionlarını, o cümlədən Sumqayıt, İmişli, Kürdəmir və digər regionları əhatə edir. Azərbaycanla əlaqələrimizin inkişafına çox müsbət baxırıq.

- Azərbaycana ixrac etdiyiniz məhsulların çeşidini genişləndirməyi düşünürsünüzmü?

- Şirkətimiz Qafqaz və Mərkəzi Asiya ölkələrinə, o cümlədən Azərbaycana yeni “Life sandwich” panellərinin ixracını təşkil etmək niyyətindədir. Şirkət bu panellərin istehsalına 2016-cı ilin fevralından etibarən “Ruukki”nin Rusiyanın Balabanovo şəhərindəki müəssisəsində başlayıb. “Saint-Gobain” şirkəti ilə birgə hazırlanan və enerji səmərəliliyini artıran “Life sandwich” panellərinin Mərkəzi Asiya bazarında analoqu yoxdur. “Life sandwich” panelləri nazik polad listlərindən və mineral yundan hazırlanır. Panellərin enerjini qorumaq qabiliyyəti öz analoqlarından 20 faiz artıqdır ki, bu da binanı daha yüngül etməyə, bünövrəyə olan təzyiqi azaltmağa, montaj prosesini sadələşdirməyə imkan verir. Bundan başqa, sendviç panellərin tərkibinə daxil olan “ISOVER” mineral yun yüksək davamlılıq ehtiyatına malikdir.

Şirkət, həmçinin öz yeni məhsulunu - modul tipli sinkləşdirilmiş profillər əsasında istehsal edilən müvəqqəti saxlama anbarını təqdim edəcək. Konstruksiyalar həm fərdi, həm də hüquqi şəxslər üçün nəzərdə tutulub ki, bu da obyektdən öz məhsullarını saxlamaq yaxud onu başqa şəxslərə icarəyə vermək üçün imkan yaradır.

Təqdim edəcəyimiz daha yeni bir məhsul “Ruukki Emotion” fasad sistemidir. Bu, havalandırılan fasad sistemidir, dayaq konstruksiyalardan və daxili işıqlandırma sistemindən ibarətdir. Geniş çeşiddə perforasiyalardan istifadə alıcıya istədiyi dizaynı seçmək imkanı verir. Svetodiod lampalardan istifadə isə sifarişçinin istəyi ilə istənilən rəngləri əldə etməyə şərait yaradır. Buna görə də, ticarət mərkəzlərinin, ofis binalarının, stadionların xarici tamamilə başqa görkəm alacaq.

- Gələcək planlarınız nələrdir?

- Artıq 8 ildir ki, Qafqaz və Mərkəzi Asiya bazarında işləyirik və bu illər ərzində Azərbaycan, Qazaxıstan, Özbəkistan və Qırğızıstan biznesinin nümayəndələri ilə əlaqələrimizi genişləndirmişik. Biz yerli biznes nümayəndələri ilə əlaqələri genişləndirməkdə davam edəcəyik, müştərilərimizin tələbatını daha da yaxından öyrənərək onların tələblərinə uyğun gələn məhsullar təqdim edəcəyik. Biz özümüz üçün bu regionlarda yaxşı inkişaf perspektivləri görürük. Azərbaycanda kifayət qədər ciddi əməkdaşlıq etdiyimiz şirkətlər və bu ölkədə realizə etdiyimiz bir sıra böyük obyektlər var. Hazırda biz Azərbaycanda bu obyektlərlə, xüsusən də “Azərsun” şirkəti ilə əməkdaşlığı genişləndirmək niyyətindəyik. Gələcəkdə Azərbaycanda kiçik obyektlərin, eləcə də sifarişçilərin sayı artarsa, şirkət Bakıda nümayəndəliyini aça bilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp: İran nə vaxtsa təslim olmaq qərarına gələcək

Xəzər dənizində zəlzələ qeydə alınıb

Almaniya NATO-nun Şərq cinahını gücləndirmək üçün yeni hərbi-logistika qovşağı yaradır

Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb

ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib

Yaponiya Suriyanın 16 qurumunun aktivlərinə qarşı olan məhdudiyyətləri aradan qaldırıb

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq