“Ryanair” gələn il aviabiletlərin qiymətinin 20 faizədək artacağını proqnozlaşdırır
Budapeşt, 21 oktyabr, AZƏRTAC
İrlandiyanın aşağıbüdcəli aviaşirkəti “Ryanair”in rəhbəri Maykl O’Liri 2027-ci ildə aviabiletlərin qiymətinin 20 faizədək bahalaşa biləcəyini bildirib.
AZƏRTAC xəbər verir ki, O’Liri bu barədə Brüsseldə keçirilən mətbuat konfransında danışıb. Onun sözlərinə görə, Yaxın Şərqdə davam edən münaqişə neft qiymətlərinin yüksəlməsinə səbəb olur və aviaşirkətlərin xərclərini artırır. Bu vəziyyət Avropada aviareyslərin qiymətinə ciddi təsir göstərə bilər.
“Ryanair”in rəhbəri qeyd edib ki, yanacağın bahalaşması şirkətlərin maliyyə vəziyyətinə əlavə təzyiq yaradır. Mövcud yanacaq müqavilələrinin müddəti başa çatdıqca, aviaşirkətin bu artımdan qorunmaq imkanları da zəifləyə bilər. O’Lirinin fikrincə, 2027-ci ildə yanacaq xərcləri iki dəfə arta bilər.
Şirkət ayrıca yanacaq əlavəsi tətbiq etməyi planlaşdırmasa da, artan əməliyyat xərcləri biletlərin qiymətində əks oluna bilər. O’Liri, həmçinin Avropa İttifaqının ekoloji vergilərini tənqid edərək, onların aviasiya sektorunun rəqabət qabiliyyətinə mənfi təsir göstərdiyini vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.10.2026 [21:51]
Çində korrupsiyaya nəzarət edən keçmiş məmur haqqında edam qərarı verilib
- 28.10.2026 [19:01]
İspaniyanın Əndəlus şəhərində qatar faciəsi ilə bağlı matəm elan edilib
- 28.10.2026 [18:47]
“Frontex” sosial şəbəkələrdə miqrasiya ilə bağlı paylaşımları izləyəcək
- 28.10.2026 [17:57]
İtaliyanın Sardiniya adasında uzunömürlülüyün sirləri araşdırılıb
- 28.10.2026 [17:32]