SAAD ƏL-ABDULLA ƏS-SALİM ƏS-SABAH KÜVEYTİN YENİ ƏMİRİ ELAN OLUNMUŞDUR
Mərhum əmir şeyx Cabir əl-Əhməd əs-Sabah paytaxtdakı Sülaybihat qəbiristanında dəfn edilmişdir. Matəm mərasimində hakim ailənin üzvləri, o cümlədən ölkənin yeni başçısı Saad əl-Abdulla əs-Salim əs-Sabah iştirak etmişlər.
Küveytdə 40 günlük matəm elan olunmuşdur. Yaxın Şərq ölkərinin bir çoxunda, habelə Fələstin Muxtariyyətində və Qətərdə Küveyt əmirinin vəfatı ilə əlaqədar matəm elan olunmuşdur. Bir çox dövlətlərin başçıları, o cümlədən Azərbaycan Prezidenti İlham Əliyev Küveyt xalqına dərin hüznlə başsağlığı vermişlər.
Ağır itkiyə baxmayaraq, Küveytdə işgüzar həyat davam edir. Neft obyektləri və ölkənin beynəlxalq hava limanı normal rejimdə işləyirlər.
Mərhum əmir şeyx Cabir əl-Əhməd əs-Sabah ölkəsinin tərəqqisi üçün çox iş görmüşdür. Onun hakimiyyəti illərində Küveyt Yaxın Şərqdə sürətlə inkişaf edən ölkəyə çevrilmişdir. Xəzinəyə daxil olan neft gəlirləri təkcə sənayenin bu sahəsinin inkişafına deyil, həm də sosial ehtiyaclara - məktəb, xəstəxana binalarının tikintisinə, əmək haqlarına və pensiyaların ödənilməsinə xərclənirdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [18:52]
Böyük Britaniyanın Baş naziri Almaniyada səfərdədir
- 08.10.2026 [18:49]
NASA-nın “Crew-12” heyəti 237 günlük kosmik missiyadan sonra Yerə qayıdır
- 08.10.2026 [17:43]
Çin səhiyyə nazirini ÜST rəhbəri vəzifəsinə namizəd göstərib
- 08.10.2026 [17:15]
Qazaxıstanda iki süni intellekt mərkəzi yaradılacaq
- 08.10.2026 [17:11]
Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib
- 08.10.2026 [17:03]
Estoniya 195 milyon avro dəyərində silah və sursat alacaq
- 08.10.2026 [17:02]
Türkiyədə Het çarlığı dövrünə aid mixi yazılı lövhələr aşkarlanıb
- 08.10.2026 [16:44]