Saatlıda 14 min hektardan çox sahədə pambıq əkilib
Saatlı, 25 may, Mahir Babayev, AZƏRTAC
Saatlıda çiyid səpini başa çatıb. Ötən il respublikanın pambıqçılıq rayonları arasında ən çox - 47 min 365 ton xam pambıq istehsal edən Saatlının “ağ qızıl” ustaları cari ildə də yüksək məhsuldarlığa nail olmaq üçün var qüvvə ilə çalışırlar.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, bu mövsüm Saatlıda 13 min 950 hektar sahədə pambıq becərilməsi nəzərdə tutulub. Bunun üçün 3 min 90 torpaq mülkiyyətçisi ilə müqavilə bağlanılıb, şum, arat, malalama işləri vaxtında həyata keçirilib, sahələrə üzvi gübrələr verilib, səpin üçün yüksək reproduksiyalı toxum tədarük olunub. Səpinə mütəşəkkil başlayan mülkiyyətçilər qısa müddətdə nəzərdə tutulduğundan 335,5 hektar çox sahəyə çiyid səpiblər. Səpin aparılan sahələrin 4 min 971,5 hektarı “MKT” MMC-yə, 3 min 320 hektarı “AZƏR PAMBIQ” MMC-yə, 4 min 500 hektarı “Aqro AZ” MMC-yə, 1490 hektarı isə “P-Aqro”ya məxsusdur.
Rayonun Qaranuru, Dədə Qorqud kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə fəaliyyət göstərən fermerlər ötən il olduğu kimi, bu il də pambıq səpinində fərqləniblər. Onlar min hektardan çox sahədə pambıq əkərək səpini rayonda birinci başa çatdırıblar.
Qeyd edək ki, bu il Saatlıda 48 min tondan çox pambıq istehsalı nəzərdə tutulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]