Sabah fizika, coğrafiya, biologiya və informatika üzrə fənn olimpiadalarının birinci mərhələsi keçiriləcək
Bakı, 10 fevral, AZƏRTAC
Sabah riyaziyyat və kimya fənləri üzrə Respublika fənn olimpiadalarının birinci mərhələsi keçiriləcək.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, olimpiadaların təşkilində məqsəd istedadlı şagirdlərin aşkar edilməsi, onlarda fənlərin dərindən öyrənilməsinə marağın artırılması, bilik və bacarığı, eləcə də çalışqanlığı ilə seçilən şagirdlərin qiymətləndirilməsindən ibarətdir.
Olimpiadalar ölkənin bütün rayon və şəhərlərində yaradılan 80 müxtəlif mərkəzdə keçiriləcək. Respublika fənn olimpiadalarında iştirak etmək üçün 30 mindən çox şagird qeydiyyatdan keçib. IX, X və XI sinif şagirdlərinin, eyni zamanda, xüsusi istedada malik VIII sinif şagirdlərinin iştirak edəcəyi olimpiadaya ən çox şagird Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, ən az şagird isə fizika və informatika fənlərindən qatılacaq. Şagirdlərə tapşırıqlar Azərbaycan və rus bölmələrinə müvafiq olaraq iki dildə təqdim ediləcək.
Qeyd edək ki, fevralın 12-də isə tarix, Azərbaycan dili və ədəbiyyat fənləri üzrə olimpiadalar təşkil olunacaq.
Respublika fənn olimpiadaları “Kapital Bank”ın baş sponsorluğu ilə həyata keçirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [17:45]
Etnik yaddaşın izi: Qərbi Azərbaycan folkloru və coğrafi adlar
- 09.06.2026 [17:20]
Qəbələ və Şamaxı rayonlarında geoloji monitorinq aparılır
- 09.06.2026 [17:13]
MEK-də kitabxana sisteminin gələcək inkişaf istiqamətləri açıqlanıb
- 09.06.2026 [17:12]
Landşaft-ekoloji dəyişmələr üzrə elmi tədqiqatlar aparılır
- 09.06.2026 [17:10]