Sabah hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə arabir duman olacaq
Bakı, 23 yanvar, AZƏRTAC
Azərbaycanda yanvarın 24-nə gözlənilən hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 23-dən 24-nə keçən gecə bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1-3, gündüz 5-10 dərəcə isti olacaq. Atmosfer təzyiqi 759 millimetr civə sütunundan 764 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət gecə 80-85, gündüz 65-70 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-5 dərəcə şaxta, gündüz 5-9 dərəcə isti, dağlarda gecə 5-10, gündüz 0-5 dərəcə şaxta olacaq. Gecə və səhər bəzi yollar buz bağlayacaq.
Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərurda havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Arabir duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 6-11 dərəcə şaxta, gündüz 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti olacaq. Gecə və səhər yollar buz bağlayacaq.
Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Füzuli, Ağdam, həmçinin Daşkəsən, Gədəbəy, Göygöldə hava əsasən yağmursuz keçəcək. Arabir duman müşahidə ediləcək. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-8 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq. Gecə və səhər yollar buz bağlayacaq.
Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilanda havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2-7, dağlıq ərazilərdə 10-12 dərəcə şaxta, gündüz 2-6 dərəcə isti müşahidə ediləcək. Gecə və səhər yollar buz bağlayacaq.
Qazax, Gəncə, Samux, Goranboy, Tərtər, Şəmkir, Tovuz, Naftalanda hava əsasən yağmursuz keçəcək. Arabir duman olacaq. Qərb küləyi saniyədə 5-10, arabir 15 metr sürətlə əsəcək. Havanın temperaturu gecə 0-5 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti olacaq. Gecə və səhər yollar buz bağlayacaq.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusarda havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi dağlıq ərazilərdə yağıntılı olacağı, qar yağacağı proqnozlaşdırılır. Arabir duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2-7 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti, dağlarda gecə 7-10, gündüz 0-5 dərəcə şaxta olacaq. Gecə və səhər yollar buz bağlayacaq.
Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Bərdə, Beyləqan, Sabirabad, Mingəçevir, Biləsuvar, Saatlı, Göyçay, Ucar, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçalada hava əsasən yağmursuz keçəcək Arabir duman müşahidə ediləcək. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-5 dərəcə şaxta, gündüz 5-9 dərəcə isti olacaq. Gecə və səhər yollar buz bağlayacaq.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar, Cəlilabadda hava əsasən yağmursuz keçəcək. Arabir duman olacaq. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 6-10 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 2-6 dərəcə isti olacaq. Gecə və səhər yollar buz bağlayacaq.