Sabah hava əsasən yağmursuz olacaq
Bakı, 10 iyul, AZƏRTAC
Milli Hidrometeorologiya Xidməti iyulun 11-nə gözlənilən hava şəraiti barədə məlumat açıqlayıb.
Xidmətdən AZƏRTAC-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin iyulun 10-dan 11-nə keçən gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 20-25, gündüz 31-36 dərəcə isti olacaq. Atmosfer təzyiqi 757 millimetr civə sütunu, nisbi rütubət gecə 65-70, gündüz 45-50 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25, gündüz 33-38, dağlarda gecə 8-13, gündüz 20-25 dərəcə isti olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [19:15]
Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edib YENİLƏNİB 2 VİDEO
- 05.06.2026 [19:05]
Rusiyalı mütəxəssis: Xəzərin enməsi prosesi davam edəcək
- 05.06.2026 [19:03]
Milli Məclisin komissiyası CNN-in informasiya təxribatına dair bəyanat yayıb
- 05.06.2026 [18:50]