Sabah hava əsasən yağmursuz olacaq
Bakı, 25 may, AZƏRTAC
Mayın 26-da Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, gündüz mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 14-17° isti, gündüz 22-27° isti təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında gündüz hava əsasən yağmursuz keçəcək. Lakin axşam və gecə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək. Gecə 10-15° isti, gündüz 25-30° isti olacaq.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında gündüz hava əsasən yağmursuz keçəcək. Lakin axşam və gecə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 5-10° isti, gündüz 15-20° isti olacaq.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında gündüz hava əsasən yağmursuz keçəcək. Lakin axşam və gecə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 11-16° isti, gündüz 22-27° isti təşkil edəcək.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında gündüz hava əsasən yağmursuz keçəcək. Lakin axşam və gecə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 9-14° isti, gündüz 20-25° isti, dağlarda gecə 4-9° isti, gündüz 13-18° isti olacaq.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında gündüz hava əsasən yağmursuz keçəcək. Lakin axşam və gecə bəzi qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 13-18° isti, gündüz 25-30° isti təşkil edəcək.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında hava əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-18° isti, gündüz 22-27° isti, dağlarda gecə 7-12° isti, gündüz 17-22° isti təşkil edəcək.