“Sabah” klubu “Qalatasaray”ın sabiq futbolçusu ilə müqavilə imzalayıb
Bakı, 5 sentyabr, AZƏRTAC
“Sabah” komandası heyətini yeni futbolçu ilə gücləndirib.
AZƏRTAC klubun rəsmi saytına istinadən xəbər verir ki, nigeriyalı hücumameyilli yarımmüdafiəçi Cesse Sekidika bundan sonra Bakı təmsilçisinin uğurları üçün çalışacaq. 27 yaşlı vingerlə 2+1 illik müqavilə bağlanıb.
Afrikalı oyunçu yeni komandasında 70 nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, Cessi Sekidika karyerası ərzində Serbiyanın “Napredak” (2015-2018), Türkiyənin “Eskişehirspor” (2018-2020), “Qalatasaray” (2020-2021), “Konyaspor” (2021), “Eyüpspor” (2022), “Ümraniyespor” (2023) və Belçikanın “Lyöven” (2021) klublarında oynayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [17:47]
DÇ-2026-da hansı komandalar gözləntiləri doğrultmaya bilər? - SƏBƏBLƏR
- 09.06.2026 [17:16]
Mahir Emreli karyerasının ən çətin oyununu açıqlayıb
- 09.06.2026 [16:35]
“Turan Tovuz” kapitanı ilə vidalaşıb
- 09.06.2026 [16:19]
Azərbaycanı güləş üzrə dünya çempionatında iki hakim təmsil edəcək
- 09.06.2026 [15:58]