“Sabah” növbəti basketbolçunun transferini açıqlayıb
Bakı, 1 sentyabr, AZƏRTAC
“Sabah” basketbol komandası heyətini gücləndirməkdə davam edir.
Klubdan AZƏRTAC-a verilən məlumata görə, Bakı təmsilçisi son olaraq Smit Donovanın transferini reallaşdırıb. ABŞ-dan olan oyunçu ilə 1 illik müqavilə imzalanıb.
Donovan peşəkar karyerası ərzində Kipr, İspaniya, Gürcüstan və Rumıniya liqalarında çıxış edib.
207 sm boya malik hücumçu son mövsümü Avstriya Bundesliqasında mübarizə aparan “Vels” klubunda keçirib. Bu komandanın heyətində 42 görüşdə iştirak edən 29 yaşlı basketbolçu hər oyunda orta hesabla 24 dəqiqə meydanda olub, 15 xal toplayıb və ortalama 6 ribaundla yadda qalıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [15:45]
Azərbaycan tennisçiləri beynəlxalq turnir üçün Moldovaya yollanıblar
- 08.06.2026 [14:53]
“Liverpul”dan ayrılan futbolçu “Real Madrid”lə müqavilə imzalayıb
- 08.06.2026 [14:09]
Çimərlik güləşi üzrə millinin baş məşqçisi Vyetnamda təlim keçib
- 08.06.2026 [12:19]
AMADA-nın yeni Strategiya layihəsi ilə bağlı fikir mübadiləsi aparılıb
- 08.06.2026 [11:45]
Premyer Liqanın yeni iştirakçısı “Şəfa” ilk transferini reallaşdırıb
- 08.06.2026 [11:39]