CƏMİYYƏT
Sabah ölkə ərazisində hava necə olacaq? - Proqnoz
![Sabah ölkə ərazisində hava necə olacaq? - Proqnoz](/files/2022/3/1200x630/1670746944548627751_1200x630.jpg)
Bakı, 11 dekabr, AZƏRTAC
Azərbaycanda dekabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a bildiriblər ki, Bakıda və Abşeron yarımadasında havanın arabir yağıntılı olacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 4-6° isti, gündüz 7-10° isti, Bakıda gecə 4-6° isti, gündüz 8-10° isti olacaq. Atmosfer təzyiqi 768 millimetr civə sütunundan 764 millimetr civə sütununa enəcək. Nisbi rütubət 75-85 % olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz. Lakin bəzi şərq rayonlarında arabir yağıntılı olacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 4-6° isti, gündüz 7-11° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-4° şaxta olacağı gözlənilir.