Sabah ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulu üzrə məktəb seçimi prosesinə başlanılır
Bakı, 28 aprel, AZƏRTAC
Aprelin 29-dan 2021/2022-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulu üzrə məktəb seçimi prosesinə başlanılır.
Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, ümumi təhsil müəssisələrinin I siniflərinə qəbul prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılır. Birinci sinfə qəbulla bağlı elektron qeydiyyat prosesi sentyabrın 14-də başa çatacaq.
2021-2022-ci tədris ili üzrə birinci sinfə qəbul, qeydiyyat prosesinin həyata keçirilməsi barədə əlavə məlumatı Təhsil Nazirliyinin rəsmi saytında təqdim olunan sual-cavab faylından, həmçinin videotəlimatdan əldə etmək olar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [12:28]
Londonda Milli Qurtuluş Gününə həsr olunan şahmat turniri
- 14.06.2026 [17:53]
BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”
- 14.06.2026 [11:37]
“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu təşkil olunub
- 14.06.2026 [11:00]
Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri
- 13.06.2026 [17:36]