Sabah “Zirə” – “Makkabi” oyununun biletləri satışa çıxarılacaq
Bakı, 14 iyul, AZƏRTAC
Bakıda “Zirə” və İsrailin “Makkabi” (Təl-Əviv) komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsinin ilk oyununun biletləri satışa çıxarılır.
AZƏRTAC xəbər verir ki, azarkeşlər biletləri iyulun 15-də saat 12:00-dan əldə edə biləcəklər. Biletlərin qiyməti sektorlara əsasən, müvafiq olaraq 2, 5, 10 və 20 manat təşkil edir.
Biletləri Zirə Olimpiya İdman Kompleksi, “Dalğa Arena”, “Azfar futbol Böyükşor”, “ASK Arena”, metronun “Gənclik” və “Xətai” stansiyaları yaxınlığında yerləşən meydançalardan almaq olar.
Qeyd edək ki, iyulun 21-də “Dalğa Arena”da oynanılacaq qarşılaşma saat 21:00-da başlayacaq. Cavab matçı bir həftə sonra İsraildə olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:23]
Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]