“Sabah”ın baş məşqçisi: Hər iki komanda möhtəşəm oyun nümayiş etdirdi
Bakı 3 aprel, AZƏRTAC
Hər iki komanda möhtəşəm oyun nümayiş etdirdi. Azarkeşlər əla matç izlədilər.
AZƏRTAC xəbər verir, bu sözləri "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyununda "Qarabağ"la 2:2 hesablı heç-heçə etdikləri oyun barədə danışarkən deyib.
O, iki həftəlik fəsilədən sonra oynamağın çətin olduğunu bildirib: "Oyuna istədiyimiz kimi başlaya bilmədik. Ötürmələrdə səhvlər edirdik. Lakin biz qol buraxdıqdan sonra ruhdan düşmədik. İkinci hissədə yaxşı mübarizə apardıq. Görüş heç-heçə başa çatdığı üçün hər şey bizim meydanda həll olunacaq. Mərhələni keçməyi çox istəyirik".
Baş məşqçi Rəhman Daşdəmirovun yaxşı performans göstərdiyini söyləyib: "Onu iki zonada oynadırıq. Həqiqətən də zəhmətkeş futbolçudur. Bütün oyunçularımdan razıyam. Mən hazırda turnir cədvəlinə baxmıram. Yalnız növbəti oyunu düşünürəm".
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [17:53]
“Şamaxı” “Sumqayıt”ın futbolçusunu icarəyə götürüb
- 11.06.2026 [17:36]
“Qarabağ” klubunun rəhbərliyi görülən işlərlə bağlı hesabat verib
- 11.06.2026 [17:33]
“Turan Tovuz”un panamalı futbolçusu milli komandada mükafatlandırılıb
- 11.06.2026 [16:28]
UNEC voleybol klubunun yeni baş məşqçisi bəlli olub
- 11.06.2026 [15:58]
Azərbaycan Badminton Federasiyası Ruandaya idman ləvazimatları göndərib
- 11.06.2026 [15:48]