Sabiq Prezident: Azərbaycanın müasir enerji mənbələrinə keçidə hazırlaşdığının şahidi oluruq VİDEO
Bakı, 9 sentyabr, AZƏRTAC
Əslində, təbiət həmişə dəyişkən olub və vaxtaşırı bizi böyük fəlakətlərlə üz-üzə qoyub. Lakin son dövrlərdə bu hadisələrin miqyası xüsusilə narahatlıq doğurur.
AZƏRTAC xəbər verir ki, bunu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Latviyanın sabiq Prezidenti Vayra Vike-Frayberqa Bakı İqlim Fəaliyyəti Həftəsi 2026 çərçivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən "COP31-dən sonra iqlim liderliyi: Tərəfdaşlıq vasitəsilə icranın təmin edilməsi" adlı dəyirmi masada çıxış edərkən deyib.
Azərbaycanın təbii resurslarla zəngin ölkələrdən biri olduğunu deyən sabiq Prezident qeyd edib.
“Biz artıq bir neçə ildir ki, ölkənin ənənəvi yanacaq növlərindən müasir enerji mənbələrinə keçidə hazırlaşdığının şahidi oluruq. Əhalinin planet haqqında düşünən, sənaye və iqtisadi inkişafın yaşadığımız ətraf mühitə təsirlərini nəzərə alan qərar qəbul edən şəxsləri siyasi baxımdan dəstəkləməsi məsələsində qərar qəbul edən şəxslərin, siyasətçilərin və liderlərin qısa, hətta orta müddətdə müəyyən iqtisadi itkilərə səbəb ola biləcək tədbirlər gördüklərinə görə cəzalandırılmasını istəmirik. Çünki uzunmüddətli perspektivdə məhz bu tədbirlər hər kəsin rifahına xidmət edəcək", - deyə o əlavə edib.