SABİRABADDA PAYIZLIQ DƏNLİLƏRİN SƏPİNİNƏ BAŞLANMIŞDIR
Sabirabad, 13 oktyabr (AZƏRTAC). Sabirabad rayonunda indiyədək 10 min hektara yaxın sahədə payız şumu qaldırılmışdır. Rayonda torpaq sahələrinin şumlanmasına hələlik 50-dək traktor cəlb edilmişdir. Torpaq mülkiyyətçiləri az müddətdə 600 hektar sahəyə arpa, 700 hektar sahəyə isə yonca toxumu səpmişlər. Rayonda payız əkininə 80-dək texnika ayrılmışdır. “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti Sabirabad filialının mexanikləşdirilmiş dəstələri bu mövsümdə təsərrüfat işlərinin ən azı 40 faizini yerinə yetirmək barədə götürdüyü müqavilə öhdəliklərinə əməl etmək üçün ciddi səy göstərirlər. Havaların əlverişsiz keçməsi sahibkarları daha gərgin cədvəllə işləməklə səpini optimal müddətdə başa çatdırmağa sövq edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]