Şabran rayonunda qanunsuz ov edən şəxslər saxlanılıb
Bakı, 27 sentyabr, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları Şabran rayonu ərazisində, Xəzər dənizinin sahil zolağında adı “Qırmızı Kitab”a düşmüş şahin quşunu ovlayan üç nəfəri saxlayıb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, onlardan ov alətləri, dörd göyərçin və bir qanadı zədələnmiş şahin quşu götürülüb.
Ov edən şəxslərin İraq vətəndaşı Taha Vasmi Zaidan Sumaida və iki nəfər Azərbaycan vətəndaşı olduğu müəyyənləşib.
Faktla bağlı xarici vətəndaş barəsində protokol tərtib edilərək ona inzibati qaydada 3100 manat məbləğində cərimə və ziyan tətbiq edilib. Azərbaycan vətəndaşları isə sənəd təqdim etmədiklərinə görə şəxsiyyətlərinin müəyyənləşdirilməsi və məsuliyyətə cəlb edilmələri üçün rayon polis şöbəsinə müraciət olunub.
Qanadı zədələnmiş şahin quşu reabilitasiya keçməsi üçün Altıağac Milli Parkının nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikasına təhvil verilib, göyərçin quşları isə təbiətə buraxılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [13:04]
COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib
- 02.10.2026 [10:37]
Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]