Şabranda baş verən avtomobil qəzası zamanı sürücü ölüb, iki sərnişin yaralanıb
Şabran, 23 iyul, Elxan Yusifli, AZƏRTAC
Şabranda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə gecə saatlarında Şabran şəhərinin Məhəmməd Əmin Rəsulzadə küçəsində qeydə alınıb.
"Daewoo" markalı minik avtomobili idarəetmənin itirilməsi nəticəsində divara çırpılıb. Qəza nəticəsində avtomobilin sürücüsü 24 yaşlı Ramazan Süleymanov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Hadisə zamanı yaralanan sərnişinlər - Kamal Əhmədov və Ümid Kərimov isə Şabran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.