Şabranda sərbəst güləş üzrə yarış keçirilib
Bakı, 5 may, AZƏRTAC
Şabran rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı, rayon icra hakimiyyəti və YAP Şabran rayon təşkilatının dəstəyi ilə “Heydər Əliyev İli”nə həsr olunmuş Şahnəzərli kənd tam orta məktəbinin idman zalında sərbəst güləş idman növü üzrə açıq rayon birinciliyi keçirilib.
Bu barədə AZƏRTAC-a Şabran rayon Gənclər və İdman İdarəsindən məlumat verilib.
Tədbirdən əvvəl Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Respublikamızın ərazi bütövlüyünün qorunması, bərpası və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Şabran Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hüseyn İlyasov, YAP Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov, rayon Gənclər və İdman İdarəsinin rəisi Süleyman Əliməmmədov, Şahnəzərli kənd tam orta məktəbin direktoru Finurə Ələsgərova, Vətən müharibəsi qazisi Zahid Qafarov iştirak ediblər.
Birincilikdə Şabran, Bakı, Quba, Xaçmaz və Siyəzən rayonundan olan 2008-2010 və 2011-2013-cü il təvəllüdlü 200-dək yeniyetmə idmançı iştirak edib.
Yarışın sonunda birinci, ikinci və üçüncü yeri qazanan idmançılar diplom və medallarla təltif olunublar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [16:57]
Azərbaycan yığmasının futbolçusu: Milli komandada inkişaf hiss olunur
- 16.06.2026 [16:20]
Mərakeş millisinin sabiq futbolçusu: Ümid edirəm ki, dünya çempionu olacağıq
- 16.06.2026 [16:07]
Azərbaycan cüdoçuları Rusiyada 3 medal qazanıblar
- 16.06.2026 [15:46]
Cavid Hüseynov: Çalışacağıq ki, “Araz-Naxçıvan”la uğur qazanaq
- 16.06.2026 [14:49]
Cavid Hüseynov “Araz-Naxçıvan”ın baş məşqçisi olub
- 16.06.2026 [14:39]